Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Çempionlar Liqası: “Milan” klubu “İnter”i qəbul edəcək

© AFP 2023 / VALERY HACHEÇempionlar Liqası kuboku
Çempionlar Liqası kuboku - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Yarımfinalın ilk oyununda İspaniyanın "Real Madrid" komandası öz meydanında İngiltərənin "Mançester Siti" klubu ilə heç-heçəyə razılaşıb.
BAKI, 10 may — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. "Milan" klubu "İnter"i qəbul edəcək.
"San Siro" stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın "Real Madrid" komandası öz meydanında İngiltərənin "Mançester Siti" klubu ilə heç-heçəyə razılaşıb – 1:1.
Xəbər lenti
0