https://sputnik.az/20230510/ran-xn-in-bascisi-moskva-danisiqlarindan-gozlentilerini-aciqladi-454694726.html
İran XİN-in başçısı Moskva danışıqlarından gözləntilərini açıqladı
İran XİN-in başçısı Moskva danışıqlarından gözləntilərini açıqladı
Sputnik Azərbaycan
Abdullahiyan deyib ki, Moskvada aparılan danışıqlar nəticəsində suriyalı qaçqınların öz vətənlərinə qayıtması və ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün... 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T12:35+0400
2023-05-10T12:35+0400
2023-05-10T12:35+0400
iran
dünya xəbərləri
ankara
moskva
əmir abdullahiyan
suriya
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_0:160:3072:1888_1920x0_80_0_0_d3f658b7579cbeb667b645acf8546408.jpg
BAKI, 10 may — Sputnik. Suriya məsələsinin diplomatik yolla həlli İran və Rusiyanın səyləri nəticəsində mümkün olub. Bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran, Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak etmək üçün Moskvaya səfəri zamanı deyib. "Tehran və Moskvanın Suriya-Türkiyə sərhədində hərbi toqquşmaların qarşısını almaq üçün diplomatik səyləri danışıqlar prosesinə başlamağa imkan verdi. Keçən il Tehranda Astana formatı çərçivəsində keçirilən görüşdə iştirakçılar siyasi həllin zəruriliyini vurğuladılar", - deyə Abdullahiyan "Tasnim" agentliyinə müsahibəsində bildirib. O, həmçinin ümid etdiyini bildirib ki, Moskvada aparılan danışıqlar nəticəsində suriyalı qaçqınların öz vətənlərinə qayıtması və ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün ilkin şərtlərin yaradılması mümkün olacaq. Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri arasında məsləhətləşmələr keçirildiyi zaman başlayıb. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra Türkiyə və Suriya prezidentləri - Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqların hazırlanması üçün xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi planlaşdırılırdı. Daha sonra İranın diplomatik idarələrin rəhbərləri səviyyəsində məsləhətləşmələrdə iştirak edəcəyi bildirilib.
https://sputnik.az/20230510/moskvada-muhum-gorus-dord-olkenin-xn-rehberi-bir-araya-geldi-454697153.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_171:0:2902:2048_1920x0_80_0_0_02c5f93ae3850982318c798c99fc1de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, ankara, moskva, əmir abdullahiyan, suriya
iran, ankara, moskva, əmir abdullahiyan, suriya
İran XİN-in başçısı Moskva danışıqlarından gözləntilərini açıqladı
Abdullahiyan deyib ki, Moskvada aparılan danışıqlar nəticəsində suriyalı qaçqınların öz vətənlərinə qayıtması və ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün ilkin şərtlərin yaradılması mümkün olacaq.
BAKI, 10 may — Sputnik. Suriya məsələsinin diplomatik yolla həlli İran və Rusiyanın səyləri nəticəsində mümkün olub. Bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran, Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak etmək üçün Moskvaya səfəri zamanı deyib.
"Tehran və Moskvanın Suriya-Türkiyə sərhədində hərbi toqquşmaların qarşısını almaq üçün diplomatik səyləri danışıqlar prosesinə başlamağa imkan verdi. Keçən il Tehranda Astana formatı çərçivəsində keçirilən görüşdə iştirakçılar siyasi həllin zəruriliyini vurğuladılar", - deyə Abdullahiyan "Tasnim" agentliyinə müsahibəsində bildirib.
O, həmçinin ümid etdiyini bildirib ki, Moskvada aparılan danışıqlar nəticəsində suriyalı qaçqınların öz vətənlərinə qayıtması və ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün ilkin şərtlərin yaradılması mümkün olacaq.
Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri arasında məsləhətləşmələr keçirildiyi zaman başlayıb. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra Türkiyə və Suriya prezidentləri - Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqların hazırlanması üçün xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi planlaşdırılırdı. Daha sonra İranın diplomatik idarələrin rəhbərləri səviyyəsində məsləhətləşmələrdə iştirak edəcəyi bildirilib.