https://sputnik.az/20230510/moskvada-muhum-gorus-dord-olkenin-xn-rehberi-bir-araya-geldi-454697153.html
Moskvada mühüm görüş: Dörd ölkənin XİN rəhbəri bir araya gəldi
Moskvada mühüm görüş: Dörd ölkənin XİN rəhbəri bir araya gəldi
Sputnik Azərbaycan
Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşq və Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür. 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T12:24+0400
2023-05-10T12:24+0400
2023-05-10T12:24+0400
moskva
rusiya
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
əmir abdullahiyan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454696944_0:2:2967:1671_1920x0_80_0_0_8004beac9a2cb71f077f3fcf47fd298d.jpg
BAKI, 10 may — Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Suriya və Türkiyənin XİN rəhbərləri Feysəl Mikdad və Mövlud Çavuşoğlu arasında görüş keçirilir. Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşqlə Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür. Ölkələr Suriya böhranının həlli üçün "Astana" prosesinin iştirakçılarıdır. Həmçinin aprelin sonunda Moskvada dörd ölkənin müdafiə nazirləri arasında danışıqlar aparılıb. Daha sonra Suriya Müdafiə Nazirliyi bəyan edib ki, görüş zamanı Türkiyə qoşunlarının ölkə ərazisindən çıxarılması məsələsi müzakirə olunub. Türkiyə Müdafiə Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, tərəflər Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün Moskvanın konkret addımlarını müzakirə ediblər. Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tutub. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri gərgin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0a/454696944_131:0:2862:2048_1920x0_80_0_0_369927f2bd06501bee84e8d1729eb2e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, əmir abdullahiyan
moskva, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, əmir abdullahiyan
Moskvada mühüm görüş: Dörd ölkənin XİN rəhbəri bir araya gəldi
Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşq və Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür.
BAKI, 10 may — Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Suriya və Türkiyənin XİN rəhbərləri Feysəl Mikdad və Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
Lavrov, Abdullahiyan, Mikdad və Çavuşoğlu münasibətləri normallaşdırmaq və Dəməşqlə Ankara arasında ziddiyyətləri aradan qaldırmaq cəhdləri fonunda görüşür. Ölkələr Suriya böhranının həlli üçün "Astana" prosesinin iştirakçılarıdır.
Həmçinin aprelin sonunda Moskvada dörd ölkənin müdafiə nazirləri arasında danışıqlar aparılıb. Daha sonra Suriya Müdafiə Nazirliyi bəyan edib ki, görüş zamanı Türkiyə qoşunlarının ölkə ərazisindən çıxarılması məsələsi müzakirə olunub. Türkiyə Müdafiə Nazirliyindən RİA Novosti-yə verilən məlumata görə, tərəflər Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün Moskvanın konkret addımlarını müzakirə ediblər.
Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tutub. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri gərgin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.