Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Messi Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul etməyib

© AFP 2023 / FRANCK FIFEMessi
Messi - Sputnik Azərbaycan, 1920, 08.05.2023
Abunə olmaq
Messi ilə yanaşı, "Barselona"dan Serxio Busgets və Jordi Albanın da "Əl-Hilal"dan gələn təklifi qəbul etmədikləri bildirilib.
BAKI, 8 may - Sputnik. Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının təklifini qəbul etməyib.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu gələcəyi ilə bağlı qərarı cari mövsümün sonunda Paris təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra qəbul edəcək.
İddiaya görə, ulduz futbolçu "Əl-Hilal"la yanaşı, İspaniya "Barselona"sı və ABŞ-ın "İnter Mayami" klublarına keçmək variantını da götür-qoy edir. Həmçinin, təcrübəli forvardın PSJ ilə sözləşməsini uzatmaq planı da var.
Messi ilə yanaşı, "Barselona"dan Serxio Busgets və Jordi Albanın da "Əl-Hilal"dan gələn təklifi qəbul etmədikləri bildirilib.
Xəbər lenti
0