https://sputnik.az/20230508/bax-bok-rusiyali-idmancilari-geri-qaytarmaq-ucun-her-cur-sey-gosterir-454628554.html
Bax: BOK rusiyalı idmançıları geri qaytarmaq üçün hər cür səy göstərir
Bax: BOK rusiyalı idmançıları geri qaytarmaq üçün hər cür səy göstərir
Sputnik Azərbaycan
Rusiyalı idmançıların Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi məsələsinin bu il iyulun sonunda həll olunacağı bildirilmişdi. 08.05.2023, Sputnik Azərbaycan
2023-05-08T23:21+0400
2023-05-08T23:21+0400
2023-05-08T23:21+0400
tomas bax
idman
rusiya
idmançı
idmançılar
rusiyalı
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448587245_0:0:3072:1728_1920x0_80_0_0_ecfe0bf21aa97705e65cc77b3c77a3ca.jpg
BAKI, 8 may — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri müxtəlif idman federasiyaları ilə sıx əlaqə saxlayır və Rusiya Federasiyası və Belarus idmançılarının beynəlxalq turnirlərə buraxılması üçün bütün səyləri göstərirlər. Bunu BOK-un rəhbəri Tomas Bax deyib. "TASS" agentliyi onun sözlərinə istinadən bu xəbəri verib. "Ümid edirik ki, Olimpiya Hərəkatının missiyası əvvəlcədən elan edilmiş şərtlərlə yerinə yetirilə bilər: Rusiya və Belarus idmançıları neytral statusda iştirak etməlidirlər. Parisdə keçiriləcək Olimpiya Oyunlarında biz dünyanı beləcə birləşdirə bilərik", - deyə BOK rəhbəri bildirib. Onun sözlərinə görə, müvafiq qərarları məsul idman qurumları qəbul etməlidir. "Hökumətlərin öz mövqelərini ifadə etmək hüququ var, lakin onlar həm də başa düşməlidirlər ki, istənilən boykot öz idmançılarını cəzalandıracaq və onları Olimpiya yarışlarında uğurları ilə fəxr etmək imkanından məhrum edəcək", – deyə Tomas Bax qeyd edib. Mart ayında BOK İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarına xüsusi hərbi əməliyyata fəal dəstək vermədikləri təqdirdə onlara neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib. Eyni zamanda, silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına, habelə Rusiya və Belarus komandalarına bağlı idmançıların buraxılmaması qərara alınıb. Rusiyanın idman naziri Oleq Matıtsin daha əvvəl bildirmişdi ki, rusiyalı idmançıların Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi məsələsi bu il iyulun sonunda həll olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0f/448587245_318:0:3049:2048_1920x0_80_0_0_86ed0fb1e67482d12c50d97420475fb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tomas bax, rusiya, idmançı, idmançılar, rusiyalı
tomas bax, rusiya, idmançı, idmançılar, rusiyalı
Bax: BOK rusiyalı idmançıları geri qaytarmaq üçün hər cür səy göstərir
Rusiyalı idmançıların Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi məsələsinin bu il iyulun sonunda həll olunacağı bildirilmişdi.
BAKI, 8 may — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri müxtəlif idman federasiyaları ilə sıx əlaqə saxlayır və Rusiya Federasiyası və Belarus idmançılarının beynəlxalq turnirlərə buraxılması üçün bütün səyləri göstərirlər.
Bunu BOK-un rəhbəri Tomas Bax deyib. "TASS" agentliyi onun sözlərinə istinadən bu xəbəri verib.
"Ümid edirik ki, Olimpiya Hərəkatının missiyası əvvəlcədən elan edilmiş şərtlərlə yerinə yetirilə bilər: Rusiya və Belarus idmançıları neytral statusda iştirak etməlidirlər. Parisdə keçiriləcək Olimpiya Oyunlarında biz dünyanı beləcə birləşdirə bilərik", - deyə BOK rəhbəri bildirib.
Onun sözlərinə görə, müvafiq qərarları məsul idman qurumları qəbul etməlidir.
"Hökumətlərin öz mövqelərini ifadə etmək hüququ var, lakin onlar həm də başa düşməlidirlər ki, istənilən boykot öz idmançılarını cəzalandıracaq və onları Olimpiya yarışlarında uğurları ilə fəxr etmək imkanından məhrum edəcək", – deyə Tomas Bax qeyd edib.
Mart ayında BOK İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarına xüsusi hərbi əməliyyata fəal dəstək vermədikləri təqdirdə onlara neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib. Eyni zamanda, silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına, habelə Rusiya və Belarus komandalarına bağlı idmançıların buraxılmaması qərara alınıb.
Rusiyanın idman naziri Oleq Matıtsin daha əvvəl bildirmişdi ki, rusiyalı idmançıların Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi məsələsi bu il iyulun sonunda həll olunacaq.