DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb

© AP Photo / Francisco SecoTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.
BAKI, 7 may - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb.
Bunu dövlət başçısı bazar günü İstanbulda keçirilən kütləvi mitinqdə deyib.
“Biz Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk. Bu layihə Marmaray və Avrasiya tunelindən sonra İstanbul boğazının altından keçəcək üçüncü tunel olacaq”, - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.
Onun sözlərinə görə, bundan hər il 6,5 milyon insan istifadə edəcək.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.
Mitinqə 1 milyon 700 min nəfərin qatıldığı bildirilib.
Ərdoğanın İstanbul mitinqi - Sputnik Azərbaycan, 1920, 07.05.2023
DÜNYA XƏBƏRLƏRİ
İstanbulda Ərdoğan tərəfdarlarının 1,7 milyon nəfərlik mitinqi olub - Video
Xəbər lenti
0