DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulda Ərdoğan tərəfdarlarının 1,7 milyon nəfərlik mitinqi olub - Video

© AP Photo / Khalil HamraƏrdoğanın İstanbul mitinqi
Ərdoğanın İstanbul mitinqi - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.
BAKI, 7 may - Sputnik. Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Hava Limanı Millət Bağçasında “Böyük İstanbul Mitinqi” keçirilib.
"Haber Global"ın yaydığı məlumata görə, Ərdoğan mitinqə 1 milyon 700 min nəfərin qatıldığını bildirib.
“Mayın 14-də bəzilərini təqaüdə yollayacağıq. Onların kim olduğunu bilərsiniz”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib.
“İstanbul “Hə” deyərsə, bu iş bitər. İstanbul “Bəzilərini təqaüdə yollayacağıq” desə, bu iş bitər”, - dövlət başçısı əlavə edib.
Mitinq boyu seçkilərdəki əsas rəqibi Kamal Kılıçdaroğlunu tənqid edən Rəcəb Tayyib Ərdoğan onu terror təşkilatları ilə əlbir olmaqda suçlayıb: “Bu terror təşkilatları ilə bərabər gəzən, dolaşan Kılıçdaroğluna vətəni böldürməyəcəyik”.
Eyni zamanda, 2019-cu ildə İstanbulun meri seçilən Ekrem İmamoğlundan bəhs edən Türkiyə Prezidenti ona 2024-cü ildə baş tutacaq növbəti bələdiyyə seçkilərində “lazımi dərsin verilməsinə” işarə edib.
Ərdoğan mitinqdə iştirakçılarla birlikdə Aşkın Tunanın "Hər şey səni xatırladır" şeirini səsləndirib.
Mitinq keçirilən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və mitinqə gedən hər kəs polis əməkdaşları tərəfindən yoxlanılıb. Aksiya yerinə gedən nəqliyyat vasitələrinin tam dolu , stansiya platformalarında izdihamın olduğu bildirilib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır. Namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
"Seçkilərin birinci turda bitmə ehtimalı 50 faizdən də azdır. Ərdoğan bir az irəlidə görünür. Səs faizləri o qədər yaxındır ki... Xaricdə səsvermə gözləniləndən daha həlledici olacaq. Məhərrəm İncənin səslərində bir qədər azalma var. Sinan Oğanın səslərində cüzi artım var", - Türkiyənin "Hürriyet" qəzeti yazıb.
Xəbər lenti
0