https://sputnik.az/20230506/bakida-hansi-erazilerde-yeni-bagcalar-tikilibresmi-aciqlama-454573328.html
Bakıda hansı ərazilərdə yeni bağçalar tikilib? Rəsmi açıqlama
Bakıda hansı ərazilərdə yeni bağçalar tikilib? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinə başlanılıb. 06.05.2023, Sputnik Azərbaycan
2023-05-06T17:20+0400
2023-05-06T17:20+0400
2023-05-06T17:26+0400
uşaq
təhsil
bağça
prezident ilham əliyev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040073_0:70:1340:824_1920x0_80_0_0_d18f32b0b15178c5726f0105bff9fd1e.jpg
BAKI, 13 may — Sputnik. Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur. Bunu Elm və TəhsilNazirliyinin Ümumi və məktəbəqədərtəhsilin təşkili və idarə olunmasışöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.O bildirib ki, bubölgələrdə elə bağçalar var ki, bütün yerlər doludur, lakin 300-400 valideyn növbə gözləyirSputnik Azərbaycan Bakıda hansı ünvanlarda yeni bağçaların tikildiyini araşdırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işləri davamlı olaraq həyata keçirilir. Bu tədbirlər ümumilikdə, uşaqların təlim şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İdarədən həmçinin qeyd edilib ki, cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, A.Məmmədov adına məktəbəqədərtəhsil müəssisəsi) əsaslı təmir işlərin əbaşlanılıb:"Onu da qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlər keçirilib". Məlumat üçün bildirək ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstəririr. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla yerli icrahakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230425/bagca-terbiyecilerinin-sertifikasiyasi-neyi-deyisecek---ekspert-reyi-454075898.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/00/424040073_74:0:1266:894_1920x0_80_0_0_35e9a1161119a1fab6e56c2c4aad1b4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, bağça, prezident ilham əliyev, elm və təhsil nazirliyi
uşaq, bağça, prezident ilham əliyev, elm və təhsil nazirliyi
Bakıda hansı ərazilərdə yeni bağçalar tikilib? Rəsmi açıqlama
17:20 06.05.2023 (Yenilənib: 17:26 06.05.2023) Eksklüziv
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinə başlanılıb.
BAKI, 13 may — Sputnik. Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur. Bunu Elm və TəhsilNazirliyinin Ümumi və məktəbəqədərtəhsilin təşkili və idarə olunmasışöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, bubölgələrdə elə bağçalar var ki, bütün yerlər doludur, lakin 300-400 valideyn növbə gözləyir
"Biz bu problemin aradan qaldırılmasına çalışırıq. 2023-cü ilin I rübü ərzində ölkədəki bağçalarda 3 monitorinq aparılıb, monitorinq 1000-ə yaxın bağçanı əhatə edib. Bəzən müşahidə edilib ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar gəlməyib".
Sputnik Azərbaycan Bakıda hansı ünvanlarda yeni bağçaların tikildiyini araşdırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində məktəbəqədər təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işləri davamlı olaraq həyata keçirilir. Bu tədbirlər ümumilikdə, uşaqların təlim şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
"Qeyd edək ki, 2022-ci təqvim ilində BŞTİ-nin tabeliyində fəaliyyətgöstərən 4 məktəbəqədər təhsil müəssisəsində (257, 277, 215, "Çiçək") əsaslı təmir işləri aparılıb. Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 yeni məktəbəqədər təhsil müəssisəsinin binası tikilərək istifadəyə verilib", - deyə cavabda bildirilir.
İdarədən həmçinin qeyd edilib ki, cari ildə 4 məktəbəqədər təhsil müəssisəsində (101, 99, 116, A.Məmmədov adına məktəbəqədərtəhsil müəssisəsi) əsaslı təmir işlərin əbaşlanılıb:
"Onu da qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlər keçirilib".
Məlumat üçün bildirək ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstəririr.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla yerli icrahakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.