https://sputnik.az/20230425/bagca-terbiyecilerinin-sertifikasiyasi-neyi-deyisecek---ekspert-reyi-454075898.html
Bağça tərbiyəçilərinin sertifikasiyası nəyi dəyişəcək - Ekspert rəyi
Bağça tərbiyəçilərinin sertifikasiyası nəyi dəyişəcək - Ekspert rəyi
Sputnik Azərbaycan
Mütəxəssis bildirir ki, hazırda bağçalarda çalışanların otuz faizinin müvafiq təhsili və diplomu yoxdur. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T09:01+0400
2023-04-25T09:01+0400
2023-04-25T09:01+0400
təhsil
uşaq bağçası
tərbiyəçi
sertifikasiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41505/58/415055870_0:0:2928:1648_1920x0_80_0_0_fd68f1feb04bb55dd24364040c26428f.jpg
BAKI, 25 aprel — Sputnik. Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyində iş başlayıb. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. O bildirib ki, 2026-cı ilə qədər bu proses icra olunacaq.Bəs bağça müəllimlərinin sertifikasidan keçməsi bu sahədəki hansı problemlərin həllinə kömək edəcək? Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tərbiyəçilərin sertifikasiya ilə işə qəbulu bu sahədə mövcud olan bir sıra problemləri həll edəcək:Ekspert bildirir ki, ölkə başçısının növbəti sərəncamı ilə artıq uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verildi, bundan sonra məlum oldu ki, bu müəssisələrdə 10 il ərzində ciddi şəkildə pozuntular olub:"Xüsusən də işə qəbul prosesində qanunvericiliyin tələblərinin pozulduğu aşkarlandı". Mütəxəssis bildirir ki, 2016-cı ildə "Məktəbəqədər təhsil haqqında qanun" qəbul edilib. Həmin qanunun əsas mahiyyəti ondan ibarət idi ki, uşaq bağçaları və körpələr evində işə qəbul tamamilə yeni formatda - müsahibə və müsabiqə yolu ilə həyata keçirilsin. Lakin 2011-2021-ci illərdə işəqəbul prosesində hər hansı imtahan olmayıb. Təhsillə bağlı qoyulan tələblər gözlənilmədən istənilən şəxs işə qəbul edilib:Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, deyən ekspert bildirir ki, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Ekspert onu da qeyd edir ki, sertifikasiya həm də psixoloji dayanıqlılığı yoxlamaq çün imkan Yaradacaq:"İşə qəbul olan şəxslərin psixoloji vəziyyəti də bu sahədə işləməyə imkan verməlidir. Biz zaman-zaman uşaq bağçalarında döyülmələrin, qidaların oğurlanmasının şahidi olduq. Sertifikasiya bu kimi problemlərin qarşısını almağa imkan verəcək. Yəni yüksək bilik-bacarığı olan və psixoloji vəziyyəti buna imkan verən şəxslər bu sahədə seçilməlidir.Mütəxəssisin fikrincə, məktəbəqədər təhsildə kurrikulum tətbiq edilməlidir.Təhsi üzrə digər ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən ilin yanvar ayınadək kənar şəxslər tərbiyəçi kimi işə cəlb olunurdu və nəticə etibarı ilə bağçalarda dəfələrlə problemlər müşahidə edildi:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41505/58/415055870_197:0:2928:2048_1920x0_80_0_0_01645e26f760a5a60246cdfd3344ec42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçası, tərbiyəçi, sertifikasiya, azərbaycan
uşaq bağçası, tərbiyəçi, sertifikasiya, azərbaycan
Bağça tərbiyəçilərinin sertifikasiyası nəyi dəyişəcək - Ekspert rəyi
Mütəxəssis bildirir ki, hazırda bağçalarda çalışanların otuz faizinin müvafiq təhsili və diplomu yoxdur.
BAKI, 25 aprel — Sputnik. Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyində iş başlayıb. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. O bildirib ki, 2026-cı ilə qədər bu proses icra olunacaq.
Bəs bağça müəllimlərinin sertifikasidan keçməsi bu sahədəki hansı problemlərin həllinə kömək edəcək?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tərbiyəçilərin sertifikasiya ilə işə qəbulu bu sahədə mövcud olan bir sıra problemləri həll edəcək:
"Hazırda respublika üzrə 1693 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. 2011-ci ildə uşaq bağçaları Elm və Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildiyi zaman müsbətə doğru dəyişikliklərin olacağına ümid etsək də, təəssüflər olsun ki, heç bir irəliləyiş baş vermədi. 2011-2021-ci illərdə uşaq bağçalarında işə qəbul icra hakimiyyətləri tərəfindən həyata keçirildiyi üçün onlar bu şəxsləri texniki işçi (aşpaz, dalandar və s.) olaraq qeydiyyata alırdı, lakin həmin şəxslər özləri də bilirdi ki, tərbiyəçi olaraq fəaliyyət göstərəcəklər".
Ekspert bildirir ki, ölkə başçısının növbəti sərəncamı ilə artıq uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verildi, bundan sonra məlum oldu ki, bu müəssisələrdə 10 il ərzində ciddi şəkildə pozuntular olub:
"Xüsusən də işə qəbul prosesində qanunvericiliyin tələblərinin pozulduğu aşkarlandı".
Mütəxəssis bildirir ki, 2016-cı ildə "Məktəbəqədər təhsil haqqında qanun" qəbul edilib. Həmin qanunun əsas mahiyyəti ondan ibarət idi ki, uşaq bağçaları və körpələr evində işə qəbul tamamilə yeni formatda - müsahibə və müsabiqə yolu ilə həyata keçirilsin. Lakin 2011-2021-ci illərdə işəqəbul prosesində hər hansı imtahan olmayıb. Təhsillə bağlı qoyulan tələblər gözlənilmədən istənilən şəxs işə qəbul edilib:
"Halbuki mövcud qanunvericiliyin tələblərinə əsasən məktəbəqədər təhsil müəssisələrində təhsil prosesinin iştirakçıları mütləq şəkildə ali və orta ixtisas təhsilli şəxslər olmalıdır. Amma təəssüflər olsun ki, bu müəssisələrdə çalışanların ümumiyyətlə 30 faizinin təhsili, diplomu yoxdur", - deyə o əlavə edib.
Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, deyən ekspert bildirir ki, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək.
Ekspert onu da qeyd edir ki, sertifikasiya həm də psixoloji dayanıqlılığı yoxlamaq çün imkan Yaradacaq:
"İşə qəbul olan şəxslərin psixoloji vəziyyəti də bu sahədə işləməyə imkan verməlidir. Biz zaman-zaman uşaq bağçalarında döyülmələrin, qidaların oğurlanmasının şahidi olduq. Sertifikasiya bu kimi problemlərin qarşısını almağa imkan verəcək. Yəni yüksək bilik-bacarığı olan və psixoloji vəziyyəti buna imkan verən şəxslər bu sahədə seçilməlidir.
Mütəxəssisin fikrincə, məktəbəqədər təhsildə kurrikulum tətbiq edilməlidir.
"Lakin görünən odur ki, bu istiqamətdə ümumiyyətlə iş aparılmayıb. Bundan başqa, kim pul verirsə, onun uşağını bağşaya qəbul edirlər", - deyə o əlavə edib.
Təhsi üzrə digər ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən ilin yanvar ayınadək kənar şəxslər tərbiyəçi kimi işə cəlb olunurdu və nəticə etibarı ilə bağçalarda dəfələrlə problemlər müşahidə edildi:
"Övladlarımızın təməl bilikləri bağçalarda formalaşır. Sertifikasiyanın olması yaxşıdır ki, ixtisassız şəxslər bu müəssisələrdə çalışmasınlar, onların yerinə daha bilikli kadrlar təyin edilsin. Sertifikasiya nəticə etibarilə təlim-tərbiyə prsoesinin nizama salınmasına səbəb olacaq, bağça təhsilində keyfiyyət artacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.