Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb

© AFP 2024 / EDUARDO MUNOZ ALVAREZŞahmat oyunu, arxiv şəkli
Şahmat oyunu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.
BAKI, 5 may — Sputnik. İyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov "Baku Open 2023" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.
M.Məmmədov 2023-cü ildə Azərbaycanda başqa şahmat yarışlarının təşkil ediləcəyini də əlavə edib.
Federasiya rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan "Baku Open 2023"də 600-dən çox iştirakçı çıxış edir: "Bir çox seksiyalarda şahmatçılar yarışa başlayıblar. Həm uşaqlar, həm gənclər, həm də 2600-2700 reytinqinə malik püxtələşmiş qrossmeysterlər, o cümlədən, veteranlar mübarizə aparırlar. Bu, Azərbaycan Şahmat Federasiyasının yubiley ili çərçivəsində təşkil etdiyi silsilə tədbirlərdən biridir".
Qeyd edək ki, "Baku Open 2023" Beynəlxalq Şahmat Festivalında 23 ölkənin təmsilçisi yer alıb.
Xəbər lenti
0