Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Akar: "Ermənistanla sərhəd-keçid məntəqələrinin açılmasına razılıq vermişik"

© AP Photo / Virginia MayoAkar
Akar - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevral ayında ölkəmizdə baş verən dağıdıcı zəlzələdən sonra başsağlığı vermək üçün Türkiyəyə səfəri kimi son hadisələr də bizi ruhlandırır.
BAKI, 5 may — Sputnik. "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına da töhfə verəcək".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TRT World"də dərc olunan "Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan" sərlövhəli məqaləsində yazıb.
Bildirilib ki, artıq bu istiqamətdə addımlar atılıb: "Biz artıq müsbət addımlar atmışıq, o cümlədən xüsusi nümayəndələrin təyinatı və üçüncü ölkə vətəndaşları və diplomatlar üçün ümumi sərhəd-keçid məntəqələrinin açılmasına razılıq vermişik. Bundan əlavə, birbaşa hava yüklərinin tranziti ilkin diplomatik əlaqələrin daha bir konkret nəticəsidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fevral ayında ölkəmizdə baş verən dağıdıcı zəlzələdən sonra başsağlığı vermək üçün Türkiyəyə səfəri kimi son hadisələr də bizi ruhlandırır. Biz Ermənistan xalqına və hökumətinə bu çətin vaxtda yardım göstərdiyinə görə minnətdarıq".
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2023
SİYASƏT
Hulusi Akar: "Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır"
Xəbər lenti
0