SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hulusi Akar: "Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır"

© AP Photo / Virginia MayoМинистр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2023
Abunə olmaq
Türkiyənin milli müdafiə naziri bildirib ki, 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yaranıb.
BAKI, 5 may — Sputnik. "Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "TRT World"də dərc olunan "Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan" sərlövhəli məqaləsində bildirib.
O yazıb ki, regionda vəziyyət kövrəkdir: "Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yarandı. Ermənistanın 30 illik işğalına son qoyuldu. Beləliklə, 1 milyon azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına şərait yarandı".
H.Akar qeyd edib ki, şərti sərhəddəki gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur.
Xəbər lenti
0