CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Televiziyada süni mayalanma mərkəzlərinin "şıdırğı" reklamı gedir - cərimələr işə yaramır

© pixabay / wilkernet / womanTelevizora baxan qadın, arxiv şəkli
Televizora baxan qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Şuradan bildirdilər ki, bu hallara təkrar yol verilən telekanallara qarşı yayımın dayandırılması, cərimə məbləğinin artırılması kimi sərt sanksiyalar tətbiq olunur.
BAKI, 4 may — Sputnik. Azərbaycan telekanallarında süni mayalanma mərkəzlərinin, eləcə də süni mayalanmanı həyata keçirən həkimlərin reklamına tez-tez rast gəlinir. Ötən gün "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Audiovizual Şuraya ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramların monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha bu cür halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, dəfələrlə belə xəbərdarlıqlar olsa da, telekanallar qanunvericiliyin tələbini pozmaqda davam edirlər. Şou verilişlərində, səhiyyə verilişlərində süni mayalanmanı həyata keçirən mərkəzlər, həkimlər açıq şəkildə reklam olunur. Hətta bu verilişlərdə süni mayalanmanın qiymətləri də açıqlanır.
CC0 / Parenting up Stream / HospitalSüni mayalanmadan sonra müayinə, arxiv şəkli
Обследование после искусственного оплодотворения - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Süni mayalanmadan sonra müayinə, arxiv şəkli
Reklama inanan pasiyentlər çarəsiz durumda qalır
Esmira Nuriyeva adlı Bakı sakini Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övlad sahibi olmaq üçün televiziyada reklam olunan süni mayalanma mərkəzlərinə, həkimlərinə müraciət etsə də, fırıldaqla üzləşib:
"Süni mayalanmanı həyata keçirən həkimlər özlərini televiziyada reklam edirlər, insanlar da baxıb inanır. Gedib müraciət edirsən, məlum olur ki, həkim süni mayalanmanı həyata keçirmək üçün "bir ətək" pul alsa da, zəmanət vermir. Üstəlik süni mayalanmadan öncə dərmanlara xeyli pul, xərc tələb olunur. Mən bir neçə süni mayalanma mərkəzinə müraciət etmişəm. Oraya gələnlər arasında başqa mərkəzlərdə bu prosedurdan keçib övlad sahibi ola bilməyən xeyli sayda pasiyent var".
Həmsöhbətimiz deyir ki, Bakıda az qala bütün süni mayalanma mərkəzlərinə mürciət edən pasiyentlər də var:

"Hər yerdə pulu alıb proseduru həyata keçirsələr də, süni mayalanma baş tutmadıqda pasiyentin pulu geri qaytarılmır. Çox təəssüf ki, bu mərkəzlərə nəzarət edən də yoxdur. İnsanları aldadan həkimlərə, mərkəzlərə qarşı heç bir tədbir görülmür. Övlad həsrətinə son qoymaq üçün bu həkimlərin "tələsinə" düşən pasiyentlər sonda çarəsiz vəziyyətdə qalırlar. Telekanallar da onları reklam etdiklərinə görə məsuliyyət daşımırlar".

Məşhur aparıcıların "dodaq uçuqladan" reklam qiymətləri
Qeyd edək ki, bu yaxınlarda "medicina.az" saytı televiziya aparıcılarının verilişlərində həkimlərin reklam qiymətlərini dərc etmişdi. Sayt bildirirdi ki, aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər.
© Photo : Instagram / zaur_gunayZaur Baxşəliyev
Zaur Baxşəliyev - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Zaur Baxşəliyev
Telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı Elgiz Əkbər proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.
ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır.
ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.
ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.
"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min manata başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.
Muz TV-də yayımlanan "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. Həkimlərin həftədə 1-2 dəfə efirdə görünməsi isə 3 min- 3 min 500 manatdır.
© Photo : APATeleaparıcı Xoşqədəm Hidayətqızı, arxiv şəkli
Teleaparıcı Xoşqədəm Hidayətqızı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Teleaparıcı Xoşqədəm Hidayətqızı, arxiv şəkli
Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.
Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir. Reklam olunan həkimlərin arasında süni mayalanma həyata keçirən həkimlər də var.
© Sputnik / Aleksandr Polyakov / Mediabanka keçidDonor sperması olan qab, arxiv şəkli
Емкость с донорской спермой - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Donor sperması olan qab, arxiv şəkli
Süni mayalanmanın reklamından əldə edilən gəlir cəriməni üstələyir
Qeyd edək ki, telekanalların qanunvericiliyin tələbinə məhəl qoymamasının bir səbəbi də süni mayalanmanın reklamından əldə olunan gılirin cərimə məbləğindən dəfələrlə çox olması göstərilir.
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, telekanallar qanunvericiliyin tələbinə əməl etməlidirlər. M.Məmmədlinin sözlərinə görə, telekanal rəhbərliyinin bu işdə məsuliyyəti də olmalıdır:

"Təkcə cərimələrlə, cəza mexanizmi ilə bunun qarşısını almaq mümkün deyil. Telekanallar bu işə həm də vətəndaş olaraq yanaşmalı, mənəvi məsuliyyətlərinin olduğunu dərk etməlidirlər. Bu cür yanaşılsa, düşünürəm ki, problem aradan qalxar. Televiziyalar bizim cəmiyyətimizə zərər vuran addımlardan uzaq durmalıdırlar. Həmçinin qanunvericiliyə əməl etməyənlər cəzalandırılmalıdırlar".

© Sputnik / Murad OrujovDeputat Müşfiq Məmmədli
Deputat Müşfiq Məmmədli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Deputat Müşfiq Məmmədli
Deputat bildirib ki, əgər qanunla süni mayalanma mərkəzlərinin, süni mayalanmanı həyata keçirən həkimlərin reklamı qadağandırsa, deməli bunun zərərləri ölçülüb-biçilərək belə qərar verilib.
"Bizim borcumuz həmin qanuna əməl etməkdir. Qanunvericilik bu sahədə mükəmməldir. Maarifləndirmə yolları ilə bunun qarşısı alınmalıdır. Gələcəkdə lazım gələrsə qanunvericiliyin daha da sərtləşdirilməsinə baxıla bilər", - deyə deputat bildirib.
Telekanalları 5-8 min manat cərimə gözləyir
Azərbaycan Respublikası Audiovizual Şurasından Sputnik Azərbaycan-a bildirdilər ki, qanunvericiliyin tələblərinə görə, süni mayalanmanı reklam edən telekanallara cərimə tətbiq edilir.
"Reklam Haqqında Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı"na həsr olunub. Bu maddənin 29.5. bəndində qeyd edilir ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Qanunvericiliyin tələbini pozan telekanallar 5-8 min manat məbləğində cərimələnir. Bu hallara təkrar yol verilən telekanallara qarşı yayımın dayandırılması, cərimə məbləğinin artırılması kimi sərt sanksiyalar tətbiq olunur", - deyə Şuradan bildirilib.
Telekanallar əksini iddia edir, Şura isə "əlahəzrət fakt"ı ortaya qoyur
Əlaqə saxladığımız telekanallar isə sözügedən mövzu ilə bağlı açıqlama verməkdən imtina etdilər. Hətta aralarında süni mayalanma ilə bağlı reklam vermədiklərini iddia edənlər də oldu. ARB telekanalından həmin qurumun efiində belə bir reklamın getmədiyini bildirdilər.
Azərbaycan Respublikası Audiovizual Şurasından isə bildirildi ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində ATV, 28 mart 2023-cü il tarixində ARB, 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2023
CƏMİYYƏT
"Efirdə reklam olunan həkimlərə müraciət etməyin, onları cəmiyyətə sırıyırlar"
Xəbər lenti
0