SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev: "Razılığa gəlmək üçün ən yaxşı yol birbaşa danışıqlardır"

© AFP 2024 / LUDOVIC MARIN İlham Əliyev
 İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
Dövlət başçısı bildirib ki, keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər.
BAKI, 4 may — Sputnik. Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında söyləyib.
Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğumuzu deyən dövlətimizin başçısı bildirib: "Keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər".
Prezident İlham Əliyev, həmçinin deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Heydər Əliyev ili
Azərbaycan Prezidenti: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq"
Xəbər lenti
0