https://sputnik.az/20230503/azerbaycan-prezidenti-eger-ermenistan-sulh-istemirse-sulh-olmayacaq-454440098.html
Azərbaycan Prezidenti: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq"
Azərbaycan Prezidenti: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq"
Sputnik Azərbaycan
Dövlət başçısı bildirib ki, yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməyib. Bunun əsas səbəbi isə o idi ki... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T15:31+0400
2023-05-03T15:31+0400
2023-05-03T15:33+0400
heydər əliyev ili
prezident ilham əliyev
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454429855_0:37:1000:600_1920x0_80_0_0_99f16067c0ac809f2d3055dfa60f628f.jpg
BAKI, 3 may — Sputnik. "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib. Prezident bildirib ki, yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib:Qeyd edə ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/03/454429855_76:0:925:637_1920x0_80_0_0_3d6b5f766c5d6d1c06eb9ef406525248.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şuşa
prezident ilham əliyev, şuşa
Azərbaycan Prezidenti: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq"
15:31 03.05.2023 (Yenilənib: 15:33 03.05.2023) Dövlət başçısı bildirib ki, yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməyib. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.
BAKI, 3 may — Sputnik. "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.
Prezident bildirib ki, yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.
İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib:
“İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.
Qeyd edə ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.