https://sputnik.az/20230504/mesqcilerin-lisenziyalasdirilmasi-ile-bagli-federasiyalarla-gorus-kecirilir---nazir-454480975.html
Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla görüş keçirilir - Nazir
Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla görüş keçirilir - Nazir
Sputnik Azərbaycan
Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T13:14+0400
2023-05-04T13:14+0400
2023-05-04T13:14+0400
məşqçi
idman
gənclər və idman nazirliyi
fərid qayıbov
https://cdnn1.img.sputnik.az/img/42035/11/420351187_0:15:1280:735_1920x0_80_0_0_9c683ffde9f8457dc1a0231e3ffcbe99.jpg
BAKI, 4 may — Sputnik. Məşqçilərin lisenziyalaşdırması ilə bağlı federasiyalarla daim görüşürük. Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək onun ölümünə səbəb olmasına təəssüf hissi keçirib: "Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən azyaşlının ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik". Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir: "Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Biz bu vəziyyətlə mübarizə aparırıq". Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi istiqamətində işlər aparılır: "İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Lakin həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir". Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42035/11/420351187_140:0:1140:750_1920x0_80_0_0_971d19529905da14c6047b89fad1d477.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məşqçi, gənclər və idman nazirliyi, fərid qayıbov
məşqçi, gənclər və idman nazirliyi, fərid qayıbov
Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla görüş keçirilir - Nazir
Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir.
BAKI, 4 may — Sputnik. Məşqçilərin lisenziyalaşdırması ilə bağlı federasiyalarla daim görüşürük.
Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək onun ölümünə səbəb olmasına təəssüf hissi keçirib: "Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən azyaşlının ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik".
Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir: "Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Biz bu vəziyyətlə mübarizə aparırıq".
Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi istiqamətində işlər aparılır: "İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Lakin həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir".
Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.