https://sputnik.az/20230504/bakidaki-oyundan-elde-olunan-vesaitle-turkiyede-mekteb-tikilecek-454481107.html
Bakıdakı oyundan əldə olunan vəsaitlə Türkiyədə məktəb tikiləcək
Bakıdakı oyundan əldə olunan vəsaitlə Türkiyədə məktəb tikiləcək
Sputnik Azərbaycan
“Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır. 04.05.2023, Sputnik Azərbaycan
2023-05-04T23:34+0400
2023-05-04T23:34+0400
2023-05-04T23:34+0400
türkiyə
idman
beşiktaş
"beşiktaş" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1e/425853292_0:305:3077:2036_1920x0_80_0_0_b473b33683cc9620516e44169e78f6b3.jpg
BAKI, 4 may — Sputnik. Türkiyənin “Beşiktaş” klubu ilə Azərbaycanın “Sabah” klubu arasında Bakıda keçiriləcək xeyriyyə oyunundan əldə ediləcək gəlirlə məktəb tikiləcək. Türkiyəlilər mayın 13-də baş tutacaq qarşılaşmadan minimum 9 milyon lirə yığılmasına ümid edirlər. Türkiyə klubunun açıqlamasında qeyd olunur ki, “Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır. Qardaş ölkədə məktəb inşası üçün isə təxminən 9 milyon lirə tələb olunur. Bu isə təxminən 800 000 manata yaxın məbləğ edir. Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyun saat 18:00-da başlayacaq. Xatırladaq ki, aprelin 12-də İspaniya klubu “Atletiko” ilə keçirilən yoxlama görüşündə 10 milyon lirədən çox qazanc əldə edən İstanbul təmsilçisi bununla zəlzələdən əziyyət çəkən bölgədə bir məktəbin inşasına nail olub. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1e/425853292_346:0:3077:2048_1920x0_80_0_0_089264df27899d0814ad7bba922b0506.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, beşiktaş, "beşiktaş" futbol klubu
türkiyə, beşiktaş, "beşiktaş" futbol klubu
Bakıdakı oyundan əldə olunan vəsaitlə Türkiyədə məktəb tikiləcək
“Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır.
BAKI, 4 may — Sputnik. Türkiyənin “Beşiktaş” klubu ilə Azərbaycanın “Sabah” klubu arasında Bakıda keçiriləcək xeyriyyə oyunundan əldə ediləcək gəlirlə məktəb tikiləcək.
Türkiyəlilər mayın 13-də baş tutacaq qarşılaşmadan minimum 9 milyon lirə yığılmasına ümid edirlər.
Türkiyə klubunun açıqlamasında qeyd olunur ki, “Sabah”la qarşılaşmadan əldə ediləcək pulla zəlzələ bölgəsində bir məktəbin tikintisi planlaşdırılır. Qardaş ölkədə məktəb inşası üçün isə təxminən 9 milyon lirə tələb olunur. Bu isə təxminən 800 000 manata yaxın məbləğ edir.
Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyun saat 18:00-da başlayacaq.
Xatırladaq ki, aprelin 12-də İspaniya klubu “Atletiko” ilə keçirilən yoxlama görüşündə 10 milyon lirədən çox qazanc əldə edən İstanbul təmsilçisi bununla zəlzələdən əziyyət çəkən bölgədə bir məktəbin inşasına nail olub. (Report)