SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Ermənistan Saziş layihəsinin bəzi maddələri üzrə razılaşma əldə ediblər - XİN

© Photo : MFA AzerbaijanBlinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
XİN-in yaydığı məlumata görə, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.
BAKI, 4 may - Sputnik. 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
XİN-dən verilən məlumata görə, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Görüş başa çatandan sonra ABŞ Dövlət katibi Entoni Blinken tərəflərlə görüşüb və yekun iclas keçirilib.
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında önəmli mesajlar verib. O deyib ki, Azərbaycan və Ermənistan ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib.
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ diplomatı bildirib.
"Danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 04.05.2023
SİYASƏT
Azərbaycan və Ermənistan sülh sazişi istiqamətində irəliləyiş əldə edib - Blinken
Xəbər lenti
0