SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan sülh sazişi istiqamətində irəliləyiş əldə edib - Blinken

© Alex Brandon / POOL / AFPABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
ABŞ-ın dövlət katibi bildirib ki, son bir neçə gün ərzində hər iki tərəf çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib.
BAKI, 4 may - Sputnik. Azərbaycan və Ermənistan ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ diplomatı bildirib.
"Danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.

"Razılaşmanın əldə edilməsi təkcə Azərbaycan və Ermənistan xalqlarına deyil, həm də bu ölkələrin hüdudlarından kənara da fayda verəcək", - ABŞ dövlət katibi əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edirdi. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Xəbər lenti
0