SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı birbaşa dialoqa çağırıb

© MARK WILSON / Getty Images via AFPГосударственный департамент США в Вашингтоне
Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir.
BAKI, 4 may — Sputnik. Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır.
V.Patel ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib: "Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq".
O, A.Blinkenin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün açılışına qatılanda, eləcə də ötən gecə şam yeməyində salamlamaq imkanı olduğunu söyləyib: "ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ancaq proses davam etdiyi üçün hadisələri qabaqlamaq istəmirəm".
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
"Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik", - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra Twitterdəki hesabında yazıb.
"Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq", - Ceyk Sallivan qeyd edib.
O, görüşdən razı qaldığını bildirib.
 İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 04.05.2023
SİYASƏT
Prezident İlham Əliyev: "Razılığa gəlmək üçün ən yaxşı yol birbaşa danışıqlardır"
Xəbər lenti
0