Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda taekvondo üzrə dünya çempionatı keçiriləcək

© AFP 2023 / ED JONESTaekvondoçu, arxiv şəkli
Taekvondoçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.
BAKI, 3 may — Sputnik. Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.
Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0