Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan ilk dəfə cüdo üzrə Avropa kuboku turnirinə ev sahibliyi edəcək

© AFP 2024 / OLIVIER MORINCüdo
Cüdo  - Sputnik Azərbaycan, 1920, 03.05.2023
Abunə olmaq
Avropa Cüdo Birliyinin rəsmi təqvimində yer alan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.
BAKI, 3 may — Sputnik. Mayın 6-7-də Göygöldə ilk dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək. Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində yer alan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.
EJU-nun rəsmi səhifəsində turnirlə bağlı məqalə yer alıb.
Məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb:

"Azərbaycan komandası həm oğlanların, həm də qızların Avropa turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə edib. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Eynilə, komanda martda Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib".

Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.
Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan millisinin yanında olduğu və bu yarışın ölkəmizdə təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0