https://sputnik.az/20230502/rusiya-xn-bok-a-uzv-olan-olkelerin-ekseriyyeti-rusiyanin-idmana-qayitmasini-destekleyir-454407956.html
Rusiya XİN: BOK-a üzv olan ölkələrin əksəriyyəti Rusiyanın idmana qayıtmasını dəstəkləyir
Rusiya XİN: BOK-a üzv olan ölkələrin əksəriyyəti Rusiyanın idmana qayıtmasını dəstəkləyir
Sputnik Azərbaycan
Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T21:53+0400
2023-05-02T21:53+0400
2023-05-02T23:09+0400
rusiya xin
idman
olimpiada
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:3090:1739_1920x0_80_0_0_95ec3b5b167df1cb8369022f00b75359.jpg
BAKI, 2 may — Sputnik. Rusofob ölkələr idmandan Rusiyaya qarşı alət kimi istifadə edirlər, lakin Beynəlxalq Olimpiya Komitəsinə üzv olan ölkələrin böyük əksəriyyəti Rusiyanın dünya idmanına qayıtmasını dəstəkləyir. "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinə istinadən bu barədə xəbər verib. Moskva hazırkı vəziyyətdə BOK-un tövsiyələrinə uyğun olaraq idmançılarımızın yarışlara buraxılması ilə bağlı qərarlar qəbul edən beynəlxalq idman federasiyaları ilə qarşılıqlı əlaqəni davam etdirməyi düzgün hesab edir. "İdman mövzusu da istisna deyil - o, ölkəmizə münasibətdə ikili standartların tətbiqi üçün alət kimi fəal şəkildə istifadə olunur", - deyə nazirlik əlavə edib. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarusdan olan "fərdi neytral" idmançıların yarışmasına icazə verməyi tövsiyə edib. Bu iki ölkənin idmançı komandaları qəbul edilməyəcək. Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu meyarları ayrı-seçkilik və insan hüquqlarının pozulması adlandırıb. Qeyd edək ki, Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat göndərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273100_0:0:2732:2048_1920x0_80_0_0_3e4d64159bcae95341624ba3f33697be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, olimpiada
Rusiya XİN: BOK-a üzv olan ölkələrin əksəriyyəti Rusiyanın idmana qayıtmasını dəstəkləyir
21:53 02.05.2023 (Yenilənib: 23:09 02.05.2023) Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat göndərib.
BAKI, 2 may — Sputnik. Rusofob ölkələr idmandan Rusiyaya qarşı alət kimi istifadə edirlər, lakin Beynəlxalq Olimpiya Komitəsinə üzv olan ölkələrin böyük əksəriyyəti Rusiyanın dünya idmanına qayıtmasını dəstəkləyir.
"RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinə istinadən bu barədə xəbər verib.
Moskva hazırkı vəziyyətdə BOK-un tövsiyələrinə uyğun olaraq idmançılarımızın yarışlara buraxılması ilə bağlı qərarlar qəbul edən beynəlxalq idman federasiyaları ilə qarşılıqlı əlaqəni davam etdirməyi düzgün hesab edir.
"İdman mövzusu da istisna deyil - o, ölkəmizə münasibətdə ikili standartların tətbiqi üçün alət kimi fəal şəkildə istifadə olunur", - deyə nazirlik əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarusdan olan "fərdi neytral" idmançıların yarışmasına icazə verməyi tövsiyə edib. Bu iki ölkənin idmançı komandaları qəbul edilməyəcək. Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu meyarları ayrı-seçkilik və insan hüquqlarının pozulması adlandırıb.
Qeyd edək ki, Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat göndərib.