Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM-in imtahan qrafiki məktəblərdə davamiyyəti niyə aşağı salıb - Səbəblər

© AFP 2024 / FREDERICK FLORINİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Ekspert bildirib ki, buraxılış mtahan tarixlərini mümkün qədər tədris ilinin sonlarına salmaq lazımdır ki, buraxılış siniflərində məktəbə gəlməyə həvəs olsun.
BAKI, 1 may — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə buraxılış siniflərində davamiyyətin aşağı olmasına münasibət bildirib. Nazir mətbuata açıqlamasında bildirib ki, son illərdə aparılan monitorinqlər buraxılış siniflərində davamiyyətin müəyyən mənada aşağı olduğunu aşkar edib. Emin Əmrullayev qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür.

“Məktəblər XI siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar dərsə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır. Dünya təcrübəsində də bu var”, - deyə nazir əlavə edib.

İmtahandan sonra məktəbə getməyin mənası qalmır
Buraxılış siniflərini buraxılış imtahanlarından sonra məktəbə cəlb etmək üçün əsas vəzifə ümumtəhsil müəssisələrinin üzərinə qoyulsa da, bu heç də asan deyil.
Müəllimlər buraxılış siniflərinin imtahanlarından sonra ali məktəblərə qəbul imtahanlarına hazırlaşdıqlarını, buna görə, onlardan davamlı məktəbə gəlməyi tələb edə bilmədiklərini bildirirlər.
İxtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarının tədris ili başa çatmamış keçirilməsi buraxılış siniflərinin məktəbə davamiyyətini aşağı salır.

"Şagird fikirləşir ki, artıq buraxılış imtahanını verdiyindən məktəbə getməyin bir mənası yoxdur. Bundan sonra IX sinif şagirdləri vaxtlarını kollecə, XI sinf şagirdləri isə ali məktəblərə hazırlaşmaq üçün sərf edirlər. Bu isə məktəbə marağı azaldır", - deyə ekspert vurğulayır.

© Photo : Courtesy of Ramin NuraliyevRamin Nurəliyev
Ramin Nurəliyev - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Ramin Nurəliyev
İmtahanların tarixi dəyişdirilməlidir
R.Nurəliyev bildirir ki, məktəbdə pedoqoji heyət, rəhbərlik nə etsə də, buraxılış siniflərinin şagirdlərini məktəbə cəlb etməkdə çətinlik çəkəcəklər. Ekspert çıxış yolunu buraxılış imtahanlarının vaxtının dəyişdirilməsində görür.
Onun sözlərinə görə, buraxılış imtahanları ən azı aprelin sonu, may ayında keçirilməlidir ki, şagirdlər məktəbə gəlsin:

"XI siniflərin imtahanı mart ayında, IX siniflərin buraxılış imtahanı isə aprel ayında keçirilir. İmtahanların tədris ili başa çatmadan, iki ay əvvəl keçirilməsi düzgün deyil. İmtahan tarixlərini mümkün qədər tədris ilinin sonlarına salmaq lazımdır. Əks halda buraxılış siniflərini imtahandan sonra məktəbə gəlməyə məcbur etmək mümkün olmayacaq".

DİM sualları niyə gec yoxlayır?
R.Nurəliyev deyir ki, Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahan tarixlərinin tədris ili başa çatmazdan bir neçə ay öncə keçirməsini açıq sualların yoxlanılmasına çox vaxt tələb edilməsi ilə izah edir. Amma ekspert düşünür ki, bir ay imtahan suallarının yoxlanılması üçün uzun müddətdir.
"DİM-in imtahan suallarını gec yoxlaması bu qurumun öz məsuliyyətsizliyidir. Buraxılış imtahanlarının cavablarının çevik yoxlanılması üçün DİM yoxlama üzvlərinin sayını artırmalıdır. Bu prosesi 15-20 günə də yekunlaşdırmaq olar", - deyə R.Nurəliyev bildirib.
Buraxılış imtahanları attestat almağa təsir etmirsə, hər kəs niyə bu imtahanda iştirak edir?
Təhsil üzrə digə ekspert Kamran Əsədov isə deyir ki, buraxılış sinif şagirdləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəmirlərsə onların IX və XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında iştirak etməsinin də bir əhəmiyyəti yoxdur:

"Bu gün IX və XI sinif şagirdi buraxılış imtahanlarında iştirak edib hər üç fəndən 0 bal toplasa belə onlara attestat veririlir. Yəni imtahan nəticəsinin attestat almağa heç bir təsiri yoxdur. Hesab edirəm ki, buraxılış imtahanının əhəmiyyətini artırmaq, şagirdlərin məlum üç fənni oxuması üçün hər fənn üzrə azı 20 keçid balı tətbiq etmək lazımdır ki, yalnız bunu toplayanlar attestat alsın".

© Sputnik / Murad OrujovKamran Əsədov
Kamran Əsədov  - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Kamran Əsədov
Direktorlar nəzarəti gücləndirməlidir
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə hesab edir ki, IX və XI siniflərdə təhsil alan şagirdlər buraxılış imtahanı verdikdən sonra da dərsə getməlidirlər. Şura sədri bunu zəruri hesab edir:

"Bizdə imtahanlar iki mərhələdə keçirilir. Buraxılış imtahanlarına mart ayına kimi keçirilmiş mövzular salınır. Amma qəbul imtahanlarına martdan sonra keçirilmiş mövzulardan da suallar əlavə edilir. Buna görə buraxılış sinifləri imtahandan sonra dərsə davam etməlidirlər ki, o mövzuları mənimsəyə bilsinlər".

© Photo : APAHüquqşünas Günel Səfərova
Hüquqşünas Günel Səfərova - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Hüquqşünas Günel Səfərova
G.Səfərova IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarından sonra tədrisə davam etməsinə məktəb direktorları tərəfindən nəzarət edilməli olduğunu bildirir.
Qeyd edək ki, tədris proqramı başa çatmamış buraxılış imtahanlarının keçirilməsi artıq xeyli müddətdir ki, ictimaiyyətdə ziddiyyətli müzakirələrə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вступительные экзамены в вузы по II и III группам специальностей - Sputnik Azərbaycan, 1920, 29.04.2023
TƏHSİL
Azərbaycanda repetitorluq niyə "çiçəklənir"?
Xəbər lenti
0