Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda repetitorluq niyə "çiçəklənir"?

© Sputnik / Murad OrujovВступительные экзамены в вузы по II и III группам специальностей
Вступительные экзамены в вузы по II и III группам специальностей - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Ekspert İlqar Orucov deyir ki, dərslik qalır bir tərəfdə, şagirdlər DİM-in kitabları üzərindən şagirdlər repetitor hazırlığı keçməli olurlar.
BAKI, 29 aprel — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda repetitorluğun "çiçəklənməsi"nə münasibət bildirib. Nazir deyib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib.
Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz: "Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni, repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış və ali məktəblərə qəbul imtahan suallarını tərtib etməsi yalnışdır. Onun fikrincə, bu prosesi Elm və Təhsil nazirliyi həyata keçirməlidir: "Yalnız texniki tərəflərini DİM reallaşdırmalıdır. Hazırda isə DİM abituriyentlər üçün ayrıca kitablar çap edir. Abituriyentlər də məcburdur ki, bu kitablarla imtahana hazırlaşsınlar. Beləcə, dərslik qalır bir tərəfdə, şagirdlər DİM-in kitabları üzərindən repetitor hazırlığı keçməli olurlar. Azərbaycanda bu halda repetitorluğun inkişafının qarşısını heç cürə almaq mümkün deyil. Yalnız şagirdlər dərslik üzərindən imtahan hazırlaşsalar repetitorluğa təlabat azalar".
Həmsöhbətimiz bildirir ki, xarici ölkələrdə də repetitorluq fəaliyyəti var. Amma heç bir ölkədə repetitorlardan ali məktəblərə qəbul məqsədilə istifadə edilmir.
"Böyük Britaniyada və Cəbuni Koreyada, hətta Yaponiyada repetitorluq fəaliyyəti geniş yayılıb. Amma orada insanlar repetitorların fəaliyyətindən biliklərini daha da artırmaq üçün istifadə edirlər. Dünyanın heç bir yerində repetitorluq ali məktəbə qəbul olmaq üçün köməkçi alət deyil. Hazırki vəziyyətdə isə repetitorluğun qarşısını heç cürə almaq mümkün deyil".
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir.
"Mənim fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir. Danılmaz faktdır ki, hazırda orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz" deyə K. Əliyev bildirib.
Ekspert deyir ki, əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Onun sözlərinə görə, əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. İndi isə məktəbdə əldə edilən bilik buna kifayət etmir.
Həmsöhbətimiz bildirdi ki, şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.
Xəbər lenti
0