https://sputnik.az/20230501/azerbaycan-yigmasi-afrika-cempionatinda-yarisacaq-454354519.html
Azərbaycan yığması Afrika çempionatında yarışacaq
Azərbaycan yığması Afrika çempionatında yarışacaq
Sputnik Azərbaycan
Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq... 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T14:09+0400
2023-05-01T14:09+0400
2023-05-01T14:09+0400
azərbaycan
idman
afrika
ağırlıqqaldırma
tunis
https://cdnn1.img.sputnik.az/img/42367/30/423673071_0:160:3073:1888_1920x0_80_0_0_9d5b1ab8e31983082557e0c70f852026.jpg
BAKI, 1 may — Sputnik. Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər. Atletlər 11-20 may tarixlərində Tunisdə baş tutacaq qitə birinciliyində qüvvələrini sınayacaqlar. Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb. AAAF-nin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq. Qeyd edək ki, Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib (Report).
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/30/423673071_170:0:2901:2048_1920x0_80_0_0_602e0baed89d2558afd8f00f8c4b9edf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, afrika, ağırlıqqaldırma, tunis
azərbaycan, afrika, ağırlıqqaldırma, tunis
Azərbaycan yığması Afrika çempionatında yarışacaq
Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib.
BAKI, 1 may — Sputnik. Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər.
Atletlər 11-20 may tarixlərində Tunisdə baş tutacaq qitə birinciliyində qüvvələrini sınayacaqlar.
Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb.
AAAF-nin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq.
Qeyd edək ki, Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib (Report).