https://sputnik.az/20230430/haaqa-mehkemesi-550-usaq-atasina-sperma-donorlugunu-qadagan-edib---kv-454306383.html
Haaqa məhkəməsi 550 uşaq atasına sperma donorluğunu qadağan edib - KİV
Haaqa məhkəməsi 550 uşaq atasına sperma donorluğunu qadağan edib - KİV
Sputnik Azərbaycan
Donorun Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxandan sonra Hollandiya Ginekoloqlar Assosiasiyası onun fəaliyyəti... 30.04.2023, Sputnik Azərbaycan
2023-04-30T23:09+0400
2023-04-30T23:09+0400
2023-04-30T23:09+0400
dünya xəbərləri
sperma
donor
hollandiya
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454306054_0:135:3162:1914_1920x0_80_0_0_256c903af4d8893c3f7b8d23eb8711fb.jpg
BAKI, 30 aprel - Sputnik. Haaqa məhkəməsi təxminən 550 uşaq sahibi ola biləcək Hollandiyalı sperma donorunun bu fəaliyyəti davam etməsinin qadağan edilməsinə qərar verib. Bu barədə Dutch News portalı yazır.Portalın məlumatına görə, 41 yaşlı hollandiyalı Conatan Yakob Meyer sperma donorluğu sayəsində 550-yə yaxın uşağın atası ola bilər.Hazırda bu adam "dünyada yüzlərlə qadını aldatmaqda" günahlandırılıb.Qeyd olunur ki, məhkəmə kişini yenidən sperma verərsə və ya donor xidmətlərini reklam edərsə, 100 min avro cərimə ilə hədələyərək sperma bağışlamağa davam etməyi qadağan edib.Məhkəmə iddiasında adı çəkilən Yeva adlı holland qadının 2018-ci ildə Meyerdən körpəsi olub. Meyer haqqında ilk dəfə 2017-ci ildə Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxanda Hollandiya Ginekoloqlar Assosiasiyası (NVOG) tərəfindən məlumat verilib.Sonra hollandiyalının adı öz vətənində "qara siyahı"ya salınıb. Lakin adam xaricdə, o cümlədən Danimarka və Ukraynada öz xidmətlərini veb saytlar vasitəsilə təklif edərək sperma donorluğuna davam edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220502/azerbaycanda-bu-bankin-yaradilmasi-baci-qardas-evliliyine-sebeb-olacaq-441555441.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454306054_216:0:2947:2048_1920x0_80_0_0_b2fe766e1ccf982474d73f483c0a179d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sperma, donor, hollandiya
sperma, donor, hollandiya
Haaqa məhkəməsi 550 uşaq atasına sperma donorluğunu qadağan edib - KİV
Donorun Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxandan sonra Hollandiya Ginekoloqlar Assosiasiyası onun fəaliyyəti barədə məlumat yayılıb.
BAKI, 30 aprel - Sputnik. Haaqa məhkəməsi təxminən 550 uşaq sahibi ola biləcək Hollandiyalı sperma donorunun bu fəaliyyəti davam etməsinin qadağan edilməsinə qərar verib. Bu barədə Dutch News portalı yazır.
Portalın məlumatına görə, 41 yaşlı hollandiyalı Conatan Yakob Meyer sperma donorluğu sayəsində 550-yə yaxın uşağın atası ola bilər.
Hazırda bu adam "dünyada yüzlərlə qadını aldatmaqda" günahlandırılıb.
Qeyd olunur ki, məhkəmə kişini yenidən sperma verərsə və ya donor xidmətlərini reklam edərsə, 100 min avro cərimə ilə hədələyərək sperma bağışlamağa davam etməyi qadağan edib.
Məhkəmə iddiasında adı çəkilən Yeva adlı holland qadının 2018-ci ildə Meyerdən körpəsi olub.
“Onun 100-dən çox uşaq atası olduğunu bilsəydim, heç vaxt onu (donor kimi – red.) seçməzdim”, - deyə o, açıqlamasında bildirib.
Meyer haqqında ilk dəfə 2017-ci ildə Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxanda Hollandiya Ginekoloqlar Assosiasiyası (NVOG) tərəfindən məlumat verilib.
Sonra hollandiyalının adı öz vətənində "qara siyahı"ya salınıb. Lakin adam xaricdə, o cümlədən Danimarka və Ukraynada öz xidmətlərini veb saytlar vasitəsilə təklif edərək sperma donorluğuna davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.