Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda bu bankın yaradılması bacı-qardaş evliliyinə səbəb olacaq?

© AP Photo / Burhan OzbiliciCütlük, arxiv şəkli
Cütlük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2022
Abunə olmaq
Baş mama-ginekoloq bildirir ki, sperma bankına donor olan şəxlərin kənarda cinsi parnyronunun olub-olmayacağına nəzarət etmək mümkün deyil.
BAKI, 2 may — Sputnik. Azərbaycanda sperma bankının formalaşdırılması geniş müzakirələrə səbəb olub. Ən böyük narahatçılıq isə, sperma donorlarından istifadənin bacı-qardaş evliliyinə yol açacağı ilə bağlıdır. Artıq sosial platformada sperma bankından istifadənin bacı-qardaş evliliyinə gətirib çıxardacağı, bunun isə nəticədə qohum nikahından xəstə doğulacaq uşaqların sayını artıracağı barədə narahatlıq var.
Qeyd edək ki, Mərkəzi Klinikanın əməkdar həkimi, cərrah-ginekoloq, Mahirə İsmayılova mətbuata açıqlamasında bildirib ki, süni mayalanma prosesində bəzi hallarda sperma donoruna ehtiyac olur. Onun sözlərinə görə, bu səbəbdən Mərkəzi Klinikada da müəyyən qədər sperma ehtiyatı formalaşdırılır ki, bu halda konkret şəxsin yetkinlik yaşı, ciddi irsi və tibbi meyarlar əsas götürülür.
Qanun qəbul olunmadan sperma bankı fəaliyyət göstərə bilərmi?
Bəs görəsən sperma bankının formalaşdırılması nə dərəcədə qanunidir, bu gələcəkdə bacı-qardaş evliliyinə gətirib çıxarda bilərmi?
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun hələki qəbul edilməyib: "Bütün bunlar sözügedən qanun layihəsində öz əksini tapıb. Ancaq bu qanun qəbul olunduqdan sonra sperma bankının formalaşdırılıb-formalaşdırımayacağı, həmin donorlardan istifadə mexanizmləri bəlli olacaq".
"Donorun kənarda cinsi partnyoru olacağına heç kəs zəmanət verə bilməz"
S. Məmmədova bildirib ki, heç kəs sperma bankına donor olacaq şəxslərin kənarda cinsi partnyorlarının olmayacağına, onların evlənməyəcəyinə zəmanət verə bilməz. Onun sözlərinə görə, buna nəzarət etmək mümkün olmayacaq.
Baş ginekoloq qeyd edib ki, xarici ölkələrdə sperma bankından istifadəni qanun tənzimləyir: "Qanunda mexanizmlər əksini tapdığından, qardaş-bacı evliliyinin maksimum qarşısı alınır".
Mərkəzi Klinikadan isə Sputnik Azərbaycan-a bildiriblər ki, cinsi partnyor olmadan da süni mayalanma mümkündür. Bununla bağlı ətraflı izahat ancaq həkimin qəbuluna gəldikdən sonra verilir.
Deputat qəti əleyhinədir
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, nəinki sperma bankının yaradılmasının, hətta bu məsələnin müzakirəyə çıxarılmasının belə əleyhinədir. Onun sözlərinə görə, bu milli-mənəvi, istərsə də elmi və dini baxımdan yolverilməzdir.
Deputat deyib ki, Azərbaycan hüquqi və dünyəvi dövlət olsa da, dinimiz İslamdır. İslamda isə ata bəlli olsa belə kəbindənkənar övlad sahibi olmaq haram sayılır:
"Bütün səmavi dinlərdə belə hallar qeyri-məqbul hesab edilir. Azərbaycan xalqının bütün dünyaya örnək olacaq milli-mənəvi dəyərləri var. Ona görə də biz bu dəyərləri yaşatmalıyıq. Bizim uzun əsrlərdir formalaşmış ailə institutumuz var. Biz hər zaman təbliğ edirik ki, uşaqlarımız hər iki valideynin himayəsində böyüsünlər. Bu cür uşaqlar vətənə-xalqa layiqli vətəndaş olaraq böyüyürlər".
Bacı-qardaş evlilikləri nikahları gözləniləndir
K. Əliyeva ixtisasca genetik olaraq da bunun əleyhinədir: "Heç kim zəmanət verə bilməz ki, gələcəkdə sperma bankının yaradılması gələcəkdə bacı-qardaş nikahlarına səbəb olmayacaq. Bu isə getdikcə daha xoşagəlməz halların meydana çıxmasına səbəb olacaq. Ona görə də bu millətin genofundunda fəsadlar törədə bilər. Biz xoşagəlməz hallarla üz-üzə qala bilərik".
Qanun layihəsində nə nəzərdə tutulub?
Qeyd edək ki, "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Praktikada isə bütün informasiyalar məxfi kodlarla kodlaşdırılaraq, etibarlı şəkildə qorunur.
Qanunvericiliyə əsasən yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır.
Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun uzun illərdir ki, müzakirə olunur. Qalmaqallı qanun layihəsi dəfələrlə Milli Məclisdə müzakirə olunsa da, dəyişikliklər edilməsi üçün geri qaytarılıb.
Dinimiz də donorluğu qəbul etmir
Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsindəki bəzi maddələrin əleyhinə idi. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Bu günədək qanunun qəbulu mümkün olmayıb.
İlahiyyat fəlsəfə doktoru Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İslam dini birmənalı şəkildə evliliyin, uşaq dünyaya gətirməyin kəbindən keçdiyini bildirir: " İslam dini donorluğu qəbul etmir. "Quranı Kərim"in "Nisa" surəsində ayələrdə açıq şəkildə qeyd olunur ki, qadınlarla evlənərkən onlarla nikah bağlayın. Süni mayalanma ilə uşaq dünyaya gəlirsə mütləq tərəflər arasında kəbin olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
körpə - Sputnik Azərbaycan, 1920, 28.12.2021
CƏMİYYƏT
Azərbaycanda nikah və doğumların azalma səbəbləri - RƏQƏMLƏRLƏ
Xəbər lenti
0