https://sputnik.az/20230428/formula-1-ile-bagli-sobe-ayrilib-yaniq-merkezi-hazir-veziyyete-getirilib-454220082.html
"Formula 1" ilə bağlı şöbə ayrılıb, Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib
"Formula 1" ilə bağlı şöbə ayrılıb, Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib
Sputnik Azərbaycan
“Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T11:28+0400
2023-04-28T11:28+0400
2023-04-28T11:36+0400
formula 1
idman
təbib
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454189039_0:160:3072:1888_1920x0_80_0_0_1277ac17845b38188e2d8efe7e97a972.jpg
BAKI, 28 aprel — Sputnik. “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub. TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək. Bu barədə TƏBİB-dən məlumat verilib. Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub. Yarış xətti boyunca iştirakçılara, “Formula 1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gündən aprelin 30-dək gerçəkləşəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454189039_171:0:2902:2048_1920x0_80_0_0_3260ae23612963f18e1376a994160061.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula 1, təbib
"Formula 1" ilə bağlı şöbə ayrılıb, Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib
11:28 28.04.2023 (Yenilənib: 11:36 28.04.2023) “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
BAKI, 28 aprel — Sputnik. “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub. TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək.
Bu barədə TƏBİB-dən məlumat verilib. Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
Yarış xətti boyunca iştirakçılara, “Formula 1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu gündən aprelin 30-dək gerçəkləşəcək.