Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Formula 1": Ferstappen sərbəst yürüşü birinci pillədə başa vurub

© NATALIA KOLESNIKOVAMaks Ferstappen
Maks Ferstappen - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.
BAKI, 28 aprel — Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. Bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.
"Haas"dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.
Qeyd edək ki, bu gün "Formula 1"də sıralama turu da təşkil olunacaq.
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Yarış saat 13:30-da start götürüb.
Məlumata görə, bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisinədək niderlandlı pilot Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.
Qeyd edək ki, artıq "Formula 2" yarışının sərbəst yürüşləri də başa çatıb.
Artıq ilk qəza qeydə alınıb
Belə ki, "Formula 1"-də Fransalı pilotun avtomobili yanıb. "Alpin" komandasının pilotu Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
27 yaşlı fransalı sürücünün bolidi sərbəst yürüş zamanı yanıb və qırmızı bayraq qaldırılıb. Daha sonra yanğınsöndürənlər onun avtomobilini söndürüblər.
Xatırladaq ki, bu gün başlayan Azərbaycan Qran-prisi aprelin 30-dək davam edəcək (report).
Xəbər lenti
0