https://sputnik.az/20230427/qrioqryanin-aciqlamasina-sualli-cavab---meger-zengezur-dehlizi-rusiyaya-mexsusdur-454175525.html
Qriqoryanın açıqlamasına suallı cavab - məgər Zəngəzur dəhlizi Rusiyaya məxsusdur?
Qriqoryanın açıqlamasına suallı cavab - məgər Zəngəzur dəhlizi Rusiyaya məxsusdur?
Sputnik Azərbaycan
Politoloq bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə verilməsi nəzərdə tutulub. 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T12:50+0400
2023-04-27T12:50+0400
2023-04-27T14:31+0400
siyasət
ilqar vəlizadə
qriqoryan
ermənistan
laçın
üçtərəfli bəyanat
zəngəzur
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440564305_0:103:2000:1228_1920x0_80_0_0_b21df9cc78afd614c712dd26cff81a9b.jpg
BAKI, 27 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən "Laçın dəhlizi" Rusiyaya məxsusdur. Sputnik Azərbaycan bu açıqlama ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib. Politoloq bildirib ki, Ermənistan Təhlükəsizlik Şurası Katibinin bu açıqlaması reallıqdan uzaqdır. Onun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi reallıqları olduğu kimi dərk edə bilmir: Politoloq Qriqoryana xatırlatma da edib və bildirib ki, üçtərəfli bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması da nəzərdə tutulub:Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin nə deməsindən asılı olmayaraq üçtərəfli bəyanatın 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aydın müddəa əks olunub. Bəyanatın 6-cı bəndində qeyd olunur: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230427/ermenistan-tehlukesizlik-surasinin-katibinden-texribatci-aciqlama-454170065.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440564305_114:0:1887:1330_1920x0_80_0_0_8b46e8ef8b9be6d6a7736508239e04bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ilqar vəlizadə, qriqoryan, ermənistan, laçın, üçtərəfli bəyanat, zəngəzur, rusiya, azərbaycan
ilqar vəlizadə, qriqoryan, ermənistan, laçın, üçtərəfli bəyanat, zəngəzur, rusiya, azərbaycan
Qriqoryanın açıqlamasına suallı cavab - məgər Zəngəzur dəhlizi Rusiyaya məxsusdur?
12:50 27.04.2023 (Yenilənib: 14:31 27.04.2023) Politoloq bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə verilməsi nəzərdə tutulub.
BAKI, 27 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən "Laçın dəhlizi" Rusiyaya məxsusdur.
Sputnik Azərbaycan bu açıqlama ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.
Politoloq bildirib ki, Ermənistan Təhlükəsizlik Şurası Katibinin bu açıqlaması reallıqdan uzaqdır.
Onun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi reallıqları olduğu kimi dərk edə bilmir:
"Onlar imzalanmış sənədləri təhrif olunmuş formada təqdim etməyə çalışırlar. Bunu fikirləşməyin özü absurddur ki, Azərbaycan hansısa sənədi imzalayanda öz ərazisini üçüncü bir dövlətə təhvil vermiş olsun".
Politoloq Qriqoryana xatırlatma da edib və bildirib ki, üçtərəfli bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması da nəzərdə tutulub:
"Və biz bilirik ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə verilməsi nəzərdə tutulub. Məgər bu o deməkdir ki, Zəngəzur dəhlizi Rusiyaya məxsusdur? Onda Zəngəzur Dəhlizi müzakirəsini Ermənistanla yox, elə Rusiya ilə aparaq. Onu da nəzərə almaq lazımdır ki, bu istiqamətdən keçən dəmiryoluna nəzarət uzun müddətli dövr üçün Rusiyanın Cənubi Qafqaz Dəmiryolu idarəsinə məxsusdur".
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin nə deməsindən asılı olmayaraq üçtərəfli bəyanatın 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aydın müddəa əks olunub. Bəyanatın 6-cı bəndində qeyd olunur:
"Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.