https://sputnik.az/20230427/ermenistan-tehlukesizlik-surasinin-katibinden-texribatci-aciqlama-454170065.html
Ermənistan Təhlükəsizlik Şurasının katibindən təxribatçı açıqlama
Ermənistan Təhlükəsizlik Şurasının katibindən təxribatçı açıqlama
Sputnik Azərbaycan
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, noyabrın 9-da verilən bəyanatla Laçın dəhlizi tamamilə Rusiyaya verilib və orada baş verən bütün... 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T11:39+0400
2023-04-27T11:39+0400
2023-04-27T13:09+0400
ermənistan
azərbaycan-ermənistan sərhədində vəziyyət
təhlükəsizlik şurası
təxribat
noyabr
laçın
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_0:0:2904:1634_1920x0_80_0_0_4a7c96c3dc3106258001e51d8ad207a9.jpg
BAKI, 27 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən "Laçın dəhlizi" Rusiyaya məxsusdur. Bu barədə İnterfax xəbər yayıb. "9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq, Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib", - Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində deyib. Jurnalistin "nəzarət edir, yoxsa məxsusdur?" sualına isə Qriqoryan "məxsusdur" cavabını verib. Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması barədə məlumat yayıb. Aprelin 24-də Rusiya Müdafiə Nazirliyi Laçın dəhlizinin bağlanması ilə əlaqədar sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında danışıqların aparıldığını elan edib.Ermənistan Xarici İşlər Nazirliyi keçid məntəqəsinin quraşdırılmasını pisləyib, Rusiyanı Rusiya, Ermənistan və Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməyə, Laçın dəhlizinin blokadadan çıxarılmasına və Azərbaycan silahlı qüvvələrinin çıxarılmasını təmin etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, onlar yaranmış problemləri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə dair danışıqlarda irəliləyişin olmamasının nəticəsi hesab edirlər və ümidvar olduqlarını bildiriblər ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi dinamikanı aradan qaldıra biləcək. Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin nə deməsindən asılı olmayaraq üçtərəfli bəyanatın 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aydın müddəa əks olunub. Bəyanatın 6-cı bəndində qeyd olunur: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_113:0:2842:2047_1920x0_80_0_0_f1f4a5855d2bd6058ff8e7195e46f5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, təhlükəsizlik şurası, təxribat, noyabr, laçın
ermənistan, təhlükəsizlik şurası, təxribat, noyabr, laçın
Ermənistan Təhlükəsizlik Şurasının katibindən təxribatçı açıqlama
11:39 27.04.2023 (Yenilənib: 13:09 27.04.2023) Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, noyabrın 9-da verilən bəyanatla Laçın dəhlizi tamamilə Rusiyaya verilib və orada baş verən bütün hadisələrə görə Rusiya məsuliyyət daşıyır.
BAKI, 27 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi
Armen Qriqoryan bildirib ki, "Dağlıq Qarabağ"ı Ermənistanla birləşdirən "
Laçın dəhlizi" Rusiyaya məxsusdur. Bu barədə
İnterfax xəbər yayıb.
"9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq, Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib", - Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində deyib.
Jurnalistin "nəzarət edir, yoxsa məxsusdur?" sualına isə Qriqoryan "məxsusdur" cavabını verib.
"Çünki noyabrın 9-da verilən bəyanatla Laçın dəhlizi tamamilə Rusiyaya verilib və orada baş verən bütün hadisələrə görə Rusiya məsuliyyət daşıyır. Rusiya isə elə hərəkət etməlidir ki, "Dağlıq Qarabağ"da yaşayan 120 min erməni etnik təmizləməyə məruz qalmasın. "Əgər məsələlər danışıqlar yolu ilə həll olunmasa, o zaman tədbirlər görülməlidir", - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması barədə məlumat yayıb.
Aprelin 24-də Rusiya Müdafiə Nazirliyi Laçın dəhlizinin bağlanması ilə əlaqədar sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında danışıqların aparıldığını elan edib.
"2023-cü il aprelin 23-də Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsinin ərazisində (Həkəri çayı üzərindəki körpü) nəqliyyatın hərəkətini kəsib. Sülhməramlı kontingent Azərbaycan tərəfi ilə danışıqlar aparır", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Ermənistan Xarici İşlər Nazirliyi keçid məntəqəsinin quraşdırılmasını pisləyib, Rusiyanı Rusiya, Ermənistan və Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməyə, Laçın dəhlizinin blokadadan çıxarılmasına və Azərbaycan silahlı qüvvələrinin çıxarılmasını təmin etməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, onlar yaranmış problemləri Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə dair danışıqlarda irəliləyişin olmamasının nəticəsi hesab edirlər və ümidvar olduqlarını bildiriblər ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi dinamikanı aradan qaldıra biləcək.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin nə deməsindən asılı olmayaraq üçtərəfli bəyanatın 6-cı bəndində Laçın dəhlizi ilə bağlı aydın müddəa əks olunub. Bəyanatın 6-cı bəndində qeyd olunur:
"Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.