Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olacaq

© AFP 2023 / OZAN KOSEFutbol topları
Futbol topları - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
"Neftçi" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək. Matça saat 20:00-da start veriləcək.
BAKI, 26 aprel — Sputnik. Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək və turnirin ilk finalçısı bəlli olacaq.
"Neftçi" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək. Matça saat 20:00-da start veriləcək.
Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Tovuz təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
Xəbər lenti
0