https://sputnik.az/20230422/mesq-zamani-qarabagin-futbolcusunun-ureyi-dayanib-454056662.html
Məşq zamanı "Qarabağ"ın futbolçusunun ürəyi dayanıb
Məşq zamanı "Qarabağ"ın futbolçusunun ürəyi dayanıb
Sputnik Azərbaycan
20 yaşlı futbolçu məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T15:40+0400
2023-04-22T15:40+0400
2023-04-23T00:41+0400
idman
qarabağ fk
"qarabağ" futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848497_0:103:2000:1228_1920x0_80_0_0_c8602aed3943852a9c3ac2bb0353f98a.jpg
BAKI, 22 aprel - Sputnik. “Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadənin ürəyi dayanıb.Bu barədə məlumatı apasport.az saytına Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə verib.Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb: “Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı "check-up" müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də, o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.Komanda rəsmisinin sözlərinə görə, hazırda futbolçunun vəziyyəti nisbətən stabilləşib: “Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848497_114:0:1887:1330_1920x0_80_0_0_abeaeae54f0a5d5f72f4103fb5198e0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ fk, "qarabağ" futbol klubu
qarabağ fk, "qarabağ" futbol klubu
Məşq zamanı "Qarabağ"ın futbolçusunun ürəyi dayanıb
15:40 22.04.2023 (Yenilənib: 00:41 23.04.2023) 20 yaşlı futbolçu məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
BAKI, 22 aprel - Sputnik. “Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadənin ürəyi dayanıb.
Bu barədə məlumatı apasport.az saytına Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə verib.
Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb:
“Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı "check-up" müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də, o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.
Komanda rəsmisinin sözlərinə görə, hazırda futbolçunun vəziyyəti nisbətən stabilləşib: “Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.