Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan hərbçiləri Ermənistanda istehsal olunan minaya düşüblər

© AR Ministry of DefenceАзербайджанские военнослужащие подорвались на мине, произведенной в Армении
Азербайджанские военнослужащие подорвались на мине, произведенной в Армении  - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Abunə olmaq
Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.
Müdafiə Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Qeyd olunmalıdır ki, Azərbaycan tərəfinin sülh çağırışlarına baxmayaraq, bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə Ermənistanın mina basdırması üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir. Erməni təxribatına sülhməramlıların göz yumması onların vəzifələrini icra etmədiyinin sübutudur.
Азербайджанские военнослужащие подорвались на мине, произведенной в Армении  - Sputnik Azərbaycan, 1920, 22.04.2023
HƏRBİ
Şuşada minaya düşən hərbçilər hospitala çatdırılıb
Xəbər lenti
0