https://sputnik.az/20230422/susada-minaya-dusen-herbciler-hospitala-catdirilib-454056533.html
Şuşada minaya düşən hərbçilər hospitala çatdırılıb
Şuşada minaya düşən hərbçilər hospitala çatdırılıb
Sputnik Azərbaycan
BAKI, 22 aprel - Sputnik. Ermənistanın təxribatı nəticəsində bu gün Şuşa rayonu ərazisində mina partlayışı zamanı xəsarət alan üç hərbçimiz ərazidən çıxarılıb. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T19:10+0400
2023-04-22T19:10+0400
2023-04-23T00:36+0400
hərbi
mina
müdafiə nazirliyi
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454055440_0:307:867:795_1920x0_80_0_0_aa96385d02c350657eb456477961d47a.jpg
BAKI, 22 aprel - Sputnik. Ermənistanın təxribatı nəticəsində bu gün Şuşa rayonu ərazisində mina partlayışı zamanı xəsarət alan üç hərbçimiz ərazidən çıxarılıb.Yaralılar minalı ərazidən çıxarılıb, hərbi tibbi avtomobillərdə hospitala çatdırılıb.Hazırda onlara tibbi yardım göstərilir.Qeyd edək ki, bu gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.Saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib."Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454055440_0:226:867:876_1920x0_80_0_0_fd8f4ca2ba9889cd662e4a9dd0ee1fff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, müdafiə nazirliyi, azərbaycan ordusu
mina, müdafiə nazirliyi, azərbaycan ordusu
BAKI, 22 aprel - Sputnik. Ermənistanın təxribatı nəticəsində bu gün Şuşa rayonu ərazisində mina partlayışı zamanı xəsarət alan üç hərbçimiz ərazidən çıxarılıb.
Yaralılar minalı ərazidən çıxarılıb, hərbi tibbi avtomobillərdə hospitala çatdırılıb.
Hazırda onlara tibbi yardım göstərilir.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
"Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında bildirilib.