Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan samboçuları Avropa çempionatında 4 medal qazanıblar

© Photo : Azerbaijan Sambo FederationAzərbaycan samboçuları
Azərbaycan samboçuları - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
İsrailin Hayfa şəhərində keçirilən qitə birinciliyi aprelin 23-də başa çatacaq.
BAKI, 21 aprel - Sputnik. Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar. Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.
Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0