Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub

© © AGF-nın mətbuat xidmətiAvropa 3-cüsü olan sərbəst güləş yığmamız Vətənə qayıdıb
Avropa 3-cüsü olan sərbəst güləş yığmamız Vətənə qayıdıb - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Yığmamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb və bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.
BAKI, 20 aprel - Sputnik. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur.
Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb (Report).
Азербайджанский борец Джабраил Гасанов против борца из Казахстана Галимжана Уссербаева - Sputnik Azərbaycan, 1920, 19.04.2023
İDMAN
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
Xəbər lenti
0