https://sputnik.az/20230419/qadin-gulescilerimiz-avropa-cempionatinda-mubarizeye-baslayirlar-453933801.html
Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
Sputnik Azərbaycan
Titullu güləşçimiz Mariya Stadnik təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək. Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T10:45+0400
2023-04-19T10:45+0400
2023-04-19T10:45+0400
qadın
idman
güləş
https://cdnn1.img.sputnik.az/img/42177/33/421773327_0:160:3073:1888_1920x0_80_0_0_9043bee56aa125356c5b9cee737ca6e3.jpg
BAKI, 19 aprel — Sputnik. Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. Titullu güləşçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək. Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite, Alyona Kolesnik (59 kq) isə Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda görüşə çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. Cəbrayıl Qadjiyev (74 kq) təsəlliverici qarşılaşmada türkiyəli Soner Demirtaşla, Abubakr Abakarov (86 kq) Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Georgi Meşvildişvili (125 kq) bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/33/421773327_170:0:2901:2048_1920x0_80_0_0_aec4bca05b0f31927e209e810f83c082.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qadın, güləş
Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
Titullu güləşçimiz Mariya Stadnik təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək. Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda görüşə çıxacaq.
BAKI, 19 aprel — Sputnik. Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Titullu güləşçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhanla üz-üzə gələcək. Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite, Alyona Kolesnik (59 kq) isə Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün, həmçinin Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda görüşə çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. Cəbrayıl Qadjiyev (74 kq) təsəlliverici qarşılaşmada türkiyəli Soner Demirtaşla, Abubakr Abakarov (86 kq) Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək. Georgi Meşvildişvili (125 kq) bürünc medal görüşündə Abraham Konyedonun (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə ediblər.