https://sputnik.az/20230416/qarabag-536-gunden-sonra-ilk-defe-azerbaycan-cempionatinda-meglub-olub-453842842.html
"Qarabağ" 536 gündən sonra ilk dəfə Azərbaycan çempionatında məğlub olub
"Qarabağ" 536 gündən sonra ilk dəfə Azərbaycan çempionatında məğlub olub
Sputnik Azərbaycan
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib. 16.04.2023, Sputnik Azərbaycan
2023-04-16T20:56+0400
2023-04-16T20:56+0400
2023-04-17T02:04+0400
idman
qurban qurbanov
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_0:103:2000:1228_1920x0_80_0_0_4d95ec84e282f5d7a1ec23caddd5a2ac.jpg
BAKI, 16 aprel - Sputnik. "Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk dəfə məğlub olub.Bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib."Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib (Report).Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/11/451848849_114:0:1887:1330_1920x0_80_0_0_eeb20570e1cefb53cc39cc83832fa8e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban qurbanov, qarabağ
"Qarabağ" 536 gündən sonra ilk dəfə Azərbaycan çempionatında məğlub olub
20:56 16.04.2023 (Yenilənib: 02:04 17.04.2023) “Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.
BAKI, 16 aprel - Sputnik. "Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk dəfə məğlub olub.
Bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib.
"Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib (Report).
Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.