https://sputnik.az/20230416/ermeniler-bayragi-yandirmaqla-nece-insan-olduqlarini-gosterdiler---turk-atlet-453826050.html
Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər - türk atlet
Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər - türk atlet
Sputnik Azərbaycan
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatın iştirakçısı olan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan... 16.04.2023, Sputnik Azərbaycan
2023-04-16T11:31+0400
2023-04-16T11:31+0400
2023-04-16T11:47+0400
idman
ermənistan
irəvan
azərbaycan bayrağı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437623426_0:219:3071:1947_1920x0_80_0_0_03b0480df1d6c91c89148aaf47d0df3f.jpg
BAKI, 16 aprel - Sputnik. "Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir".Bu sözləri Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib.49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: O, Azərbaycan xalqını çox sevdiyini söyləyib:"İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmiyini əlavə edib (Report).Xatırladaq ki, 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb. Belə ki, aprelin 14-də axşam ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.Bayrağı yandıran şəxsin təşkilatçı komandanın üzvü, dizayner Aram Nikolyan olduğu müəyyən edilib.Xatırladaq ki, bu çempionatda Azərbaycanın ağır atletika komandası iştirak edir. Bundan əvvəl Ermənistan hakimiyyəti Azərbaycan komandasının üzvlərinin təhlükəsizliyinə təminat verdiklərini bəyan etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437623426_344:208:2798:2048_1920x0_80_0_0_cc925f6271f6a975ac2eb5b20be75923.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, irəvan, azərbaycan bayrağı
ermənistan, irəvan, azərbaycan bayrağı
Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər - türk atlet
11:31 16.04.2023 (Yenilənib: 11:47 16.04.2023) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatın iştirakçısı olan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına cavab olaraq, qazandığı qızıl medalı Azərbaycan idmançılarına həsr edib.
BAKI, 16 aprel - Sputnik. "Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir".
Bu sözləri Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib.
49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub:
"Yarışdan bir gün öncə yığmanızdan dostum, eyni zamanda rəqibim olan Nazilə İsmayılovaya və məşqçisinə söz verdim ki, himnimizi səsləndirəcəyəm. Sözümə əməl etdim".
O, Azərbaycan xalqını çox sevdiyini söyləyib:
"İdmançılarınız Avropa çempionatını tərk etməsəydilər, arzum o idi ki, ilk 3 yeri türk və azərbaycanlı atletlər tutsunlar. Nazilənin medal qazanmasını çox istəyirdim. Məncə, qalıb yarışsaydı, bacara bilərdi".
Bektaş Azərbaycan yığmasının yarışdan imtina qərarına şərh vermək istəmiyini əlavə edib (Report).
Xatırladaq ki, 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb.
Belə ki, aprelin 14-də axşam ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.
Bayrağı yandıran şəxsin təşkilatçı komandanın üzvü, dizayner Aram Nikolyan olduğu müəyyən edilib.
Xatırladaq ki, bu çempionatda Azərbaycanın ağır atletika komandası iştirak edir. Bundan əvvəl Ermənistan hakimiyyəti Azərbaycan komandasının üzvlərinin təhlükəsizliyinə təminat verdiklərini bəyan etmişdi.