Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın bədii gimnastları III “AGF Trophy” beynəlxalq turnirində ikinci olublar

© Sputnik / Murad OrujovBədii gimnastika üzrə yarış
Bədii gimnastika üzrə yarış - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Yarışın qalibi 30 xalla İsrail komandası olub. Polşa gimnastları 27,950 xalla bürünc medala layiq görülüblər.
BAKI, 16 aprel - Sputnik. Gənclərdən ibarət qrup hərəkətləri komandamız Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində ikinci olub.
Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova və Ayan Sadıqovadan ibarət komandamızın final mərhələsində 5 iplə çıxışı hakimlər tərəfindən 29,050 xalla qiymətləndirilib.
Yarışın qalibi 30 xalla İsrail komandası olub. Polşa gimnastları 27,950 xalla bürünc medala layiq görülüblər.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. “AGF Trophy” böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.
Xəbər lenti
0