https://sputnik.az/20230416/azerbaycan-prezidenti-revanda-qizil-medal-qazanmis-turk-atletleri-tebrik-edib-453833303.html
Azərbaycan prezidenti İrəvanda qızıl medal qazanmış türk atletləri təbrik edib
Azərbaycan prezidenti İrəvanda qızıl medal qazanmış türk atletləri təbrik edib
Sputnik Azərbaycan
Prezident və I Vitse-prezidentin təbrik məktubunda qeyd olunur ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu... 16.04.2023, Sputnik Azərbaycan
2023-04-16T13:27+0400
2023-04-16T13:27+0400
2023-04-16T15:19+0400
idman
prezident ilham əliyev
mehriban əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437902541_0:159:3075:1889_1920x0_80_0_0_b7edcb293724c0e7db55bc3cdb7da97b.jpg
BAKI, 16 aprel - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.Təbrik mesajında deyilir:“Əziz Cansu və Qamze,İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.Xatırladaq ki, 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb.Belə ki, aprelin 14-də axşam ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.Bayrağı yandıran şəxsin təşkilatçı komandanın üzvü, dizayner Aram Nikolyan olduğu müəyyən edilib.Sözügedən çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş Azərbaycan bayrağının yandırılmasına cavab olaraq, qələbə qazandıqdan sonra Azərbaycan bayrağını qaldırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437902541_173:0:2902:2047_1920x0_80_0_0_68a63c1ada4fde7e8d416bb1c8da2338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, mehriban əliyeva
prezident ilham əliyev, mehriban əliyeva
Azərbaycan prezidenti İrəvanda qızıl medal qazanmış türk atletləri təbrik edib
13:27 16.04.2023 (Yenilənib: 15:19 16.04.2023) Prezident və I Vitse-prezidentin təbrik məktubunda qeyd olunur ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
BAKI, 16 aprel - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.
Təbrik mesajında deyilir:
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.
Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.
Xatırladaq ki, 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb.
Belə ki, aprelin 14-də axşam ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.
Bayrağı yandıran şəxsin təşkilatçı komandanın üzvü, dizayner Aram Nikolyan olduğu müəyyən edilib.
Sözügedən çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş Azərbaycan bayrağının yandırılmasına cavab olaraq, qələbə qazandıqdan sonra Azərbaycan bayrağını qaldırıb.