Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar

© Photo : Facebook / Buta Airways / Darya DerkachButa Airways təyyarəsi, arxiv şəkli
Buta Airways təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri vandalizm nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb.
BAKI, 15 aprel - Sputnik. İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar. APA xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.
Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.
Xatırladaq ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri öz millətinə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb.
Sosial şəbəkələrdə bu tərbiyəsiz şəxsin dizayner Aram Nikolyan olduğu bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0