https://sputnik.az/20230415/azerbaycan-idmancilari-ermenistani-terk-edibler---olkenin-idman-nazirinin-muavini-453807657.html
Azərbaycan idmançıları Ermənistanı tərk ediblər və Gürcüstandadırlar
Azərbaycan idmançıları Ermənistanı tərk ediblər və Gürcüstandadırlar
Sputnik Azərbaycan
Azərbaycandakı rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib. 15.04.2023, Sputnik Azərbaycan
2023-04-15T15:41+0400
2023-04-15T15:41+0400
2023-04-15T16:40+0400
idman
ermənistan
azərbaycan
ağır atletika
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0f/453808680_0:49:3072:1777_1920x0_80_0_0_588c79d421593ea6c7665767cfcc91de.jpg
BAKI, 15 aprel - Sputnik. Azərbaycan ağır atletləri Ermənistanı tərk edib. Bunu ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan Sputnik Ermənistan-a açıqlamasında deyib.“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”, - deyə o bildirib.APA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məsələni şərh edib.Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq:Bu gün səhər saatlarında məlum olub ki, Azərbaycan idmançılarının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının yarışlarında iştirakı bu ölkədə hökm sürən psixoloji təzyiq və nifrət, habelə onların təhlükəsizliyini təmin edə bilməməsi üzündən mümkünsüz hesab edilib.Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə məlumatında deyilir ki, bunu nəzərə alaraq onların vətənə qaytarılması barədə qərar qəbul edilib.Bundan əvvəl Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə azərbaycanlı ağır atletlərin İrəvanda məcburi saxlanıldığını bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0f/453808680_143:0:2874:2048_1920x0_80_0_0_97babc6af2d90ae814e149a92c878802.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan, ağır atletika
ermənistan, azərbaycan, ağır atletika
Azərbaycan idmançıları Ermənistanı tərk ediblər və Gürcüstandadırlar
15:41 15.04.2023 (Yenilənib: 16:40 15.04.2023) Azərbaycandakı rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.
BAKI, 15 aprel - Sputnik. Azərbaycan ağır atletləri Ermənistanı tərk edib. Bunu ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan Sputnik Ermənistan-a açıqlamasında deyib.
“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”, - deyə o bildirib.
APA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məsələni şərh edib.
Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq:
"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".
Bu gün səhər saatlarında məlum olub ki, Azərbaycan idmançılarının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının yarışlarında iştirakı bu ölkədə hökm sürən psixoloji təzyiq və nifrət, habelə onların təhlükəsizliyini təmin edə bilməməsi üzündən mümkünsüz hesab edilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə məlumatında deyilir ki, bunu nəzərə alaraq onların vətənə qaytarılması barədə qərar qəbul edilib.
Bundan əvvəl Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə azərbaycanlı ağır atletlərin İrəvanda məcburi saxlanıldığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.