Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımızın İrəvandakı Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub

© AFP 2024 / JOSEP LAGOAğır Atletika
Ağır Atletika - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq
BAKI, 14 aprel — Sputnik. Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.
Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının xəbərinə görə, öncə körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.
Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq. (Report)
Xəbər lenti
0