Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir finalın ilk matçlarına yekun vurulacaq

© AFP 2023 / FABRICE COFFRINIUEFA
UEFA - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Dörddəbir finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniyanın "Bavariya" komandasına 3:0, İtaliyanın "İnter" klubu isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.
BAKI, 12 aprel — Sputnik. Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçlarına yekun vurulacaq. Sonuncu oyun günündə keçiriləcək hər iki qarşılaşma eyni saatda başlayacaq.
Turnirin son qalibi olan "Real Madrid" İspaniyada "Çelsi"ni qəbul edəcək. Görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq.
Digər oyun isə İtaliyada "Milan""Napoli" arasında baş tutacaq. Qarşılaşmanı rumin FIFA referisi İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, dörddəbir finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniyanın "Bavariya" komandasına 3:0, İtaliyanın "İnter" klubu isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0