Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda dünya kuboku yarışlarında 61 ölkədən atıcılar iştirak edəcəklər

© Sputnik / Murad OrujovBakıda Atıcılıq üzrə Dünya Kuboku
Bakıda Atıcılıq üzrə Dünya Kuboku - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.
BAKI, 12 aprel — Sputnik. Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib.
Azərbaycan Atıcılıq Federasiyasının məlumatına görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət də qatılacaq.
Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə dünya kuboku yarışlarında həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak etmişdi.
Xəbər lenti
0