https://sputnik.az/20230411/azerbaycan-voleybol-federasiyasinin-yeni-prezidenti-kim-oldu-453664161.html
Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti kim oldu?
Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti kim oldu?
Sputnik Azərbaycan
Faiq Qarayev və Bəhruz Quliyev Federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə... 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T17:03+0400
2023-04-11T17:03+0400
2023-04-11T17:03+0400
voleybol
idman
azərbaycan voleybol federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0e/451766318_0:0:1200:676_1920x0_80_0_0_9bd21cda05cc55acde9e317e90d5769b.jpg
BAKI, 11 aprel — Sputnik. Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Federasiyanın yaydığı məlumatda bildirilir ki, gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncağın gündəliyi təsdiqləndikdən sonra Federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib. Sonra Federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən Federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: "Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq". Ş.Bağırov, həmçinin Federasiyanın əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib. Yığıncaqda, həmçinin Faiq Qarayev və Bəhruz Quliyev Federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər. Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. F.Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə Federasiyanın sabiq prezidenti C.Qurbanova təşəkkür plaketi təqdim edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0e/451766318_95:0:1162:800_1920x0_80_0_0_5385a4c059d37009db275b7fea177ec2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
voleybol, azərbaycan voleybol federasiyası
voleybol, azərbaycan voleybol federasiyası
Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti kim oldu?
Faiq Qarayev və Bəhruz Quliyev Federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.
BAKI, 11 aprel — Sputnik. Aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Federasiyanın yaydığı məlumatda bildirilir ki, gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Yığıncağın gündəliyi təsdiqləndikdən sonra Federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.
Sonra Federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən Federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib: "Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq".
Ş.Bağırov, həmçinin Federasiyanın əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib. Voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.
Yığıncaqda, həmçinin Faiq Qarayev və Bəhruz Quliyev Federasiyanın vitse-prezidenti, Zaur Axundov, Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova isə İdarə Heyətinin üzvü seçiliblər.
Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin vitse-prezidenti Faiq Qarayev çıxış ediblər. F.Qarayev voleybolun inkişafına göstərdiyi dəstəyə görə Federasiyanın sabiq prezidenti C.Qurbanova təşəkkür plaketi təqdim edib.