Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yerli istehsal üçün xammalın idxal rüsumu optimallaşacaq - Məhsullar ucuzlaşacaqmı?

© Sputnik / Murad Orujov / Mediabanka keçidManat, arxiv şəkli
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Ekspert bildirib ki, Türkiyədən, Çindən, İrandan gətirilən xammal və aralıq malları üçün gömrük rüsumları var və bu məsələdə yerli istehsalçılar çətinlik çəkir.
BAKI, 7 aprel — Sputnik. Azərbaycanda yerli istehsalın rəqabətinin yüksəldilməsi üçün xammal və aralıq malların idxal gömrük rüsumları optimallaşdırılacaq. Bu barədə İqtisadi Şuranın iclasında ətraflı müzakirə aparılıb.
Bəs, maraqlıdır bu addım yerli istehsala təkan verəcəkmi? Məhsulların qiymətlərini ucuzlaşdıracaqmı? İdxal məhsulların azalmasına səbəb ola bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, MDB ölkələrindən Azərbaycana gətirilən xammal və aralıq malları üçün gömrük rüsumları yoxdur:

"Amma digər ölkələrdən məsələn, Türkiyədən, Çindən, İrandan gətirilən xammal və aralıq malları üçün gömrük rüsumları var.Bu məsələdə yerli istehsalçılar çətinlik çəkirlər. Məsələn, Rusiyanın resursları çoxdur və hər şeyi daxili resurslar hesabına istehsal edə bilir. Amma bizdə yerli istehsalçı son məhsulu istehsal etmək üçün xammalı xaricdən gətirir. Nəticədə rəqabət aparmaqda çətinlik yaranır. Başqa sözlə, xammal və aralıq malların idxal gömrük rüsumları yeri istehsala problem yaradır".

© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Xalid Kərimli
O qeyd edib ki, MDB ölkələri istisna olmaqla istehsal ilə bağlı olan idxal gömrük rüsumları 5-15 faiz arasındadır. Rüsum dərəcələri çox olmasa da amma yerli istehsala problem yaradır.
"Optimallaşdırma birbaşa hazır məhsulların qiymətinə təsir etməyəcək"
İqtisadçı bildirib ki, idxal gömrük rüsumlarının optimallaşdırılması yerli istehsala kömək edəcək. Yerli istehsalın qurulması, onun effektiv təşkili, daha çox məhsul istehsalı nəticədə ucuzlaşmaya gətirib çıxardır, bahalaşmanın qarşısını alır. Yerli istehsalın olması bir neçə ildən sonra ucuzlaşmaya səbəb olur. Amma bu rüsumların optimallaşdırılması birbaşa hazır məhsulların qiymətinə təsir etməyəcək.
"Əsas məqsəd məhsul ixrac etməkdir"
"Yerli istehsalçıları gücləndirmək idxalın əvəzlənməsinə gətirib çıxardır. Amma əsas məqsədimiz idxalı azaltmaq, idxalı əvəz etmək yox, ixrac etməkdir. Çünki Azərbaycan bazarı böyük deyil. Ölkədə inkişafın əsas istiqaməti ixracyönümlü şirkətlərin formalaşdırılmasıdır ki, ixrac artsın. Ümumilikdə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması idxalın azalmasına, ixracın artmasına kömək edəcək" - , deyə o əlavə edib.
İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a bildirib ki, xammal və aralıq malların ölkəyə gətirilməsində güzəştlər olsa, bu, yerli istehsala dəstək olacaq.
"Amma təkcə bu addım yetərli deyil. Yerli istehsalı inkişaf etdirmək üçün vergi və digər güzəştlər də olmalıdır", - deyə o bildirib.
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Natiq Cəfərli
İqtisadi Şuranın iclası keçirilib
Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda "Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması ətraflı müzakirə olunub.
İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Strategiyada nə deyilir?
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qeyd edilir ki, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilib. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini stabil şəkildə təmin etməyə imkan verir.
Yerli istehsal gücləndiriləcək
Sənəddə bildirilir ki, idxalın əvəz olunması və istehsalın lokallaşdırılması məqsədilə yerli istehsal potensialı gücləndiriləcək. İnnovasiyaların özəl və dövlət sektorlarında tətbiqi stimullaşdırılacaq, özəl sektor tərəfindən İKT infrastruktur layihələrinə investisiya qoyuluşları təşviq ediləcək. Nəticədə, transmilli şirkətlərin ölkə ərazisində aparılan tədqiqatlara ayırdıqları xərcləri artacaq.
Sənəddə daxili istehsalda istifadə olunan və yerli istehsalı mövcud və ya səmərəli olmayan xammal və aralıq malların siyahısının qəbulu nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DGK binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
İQTİSADİYYAT
Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdiriləcək
Xəbər lenti
0